Öz hamisinə qarşı dosye düzəldən xain general – sonda Abakumovun nəsibi güllə olub

Öz hamisinə qarşı dosye düzəldən xain general – sonda Abakumovun nəsibi güllə olub

30 Noyabr 2021 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Müharibədən sonra SSRİ-də böyük qələbə sevinci yaşansa da, hakimiyyət daxilində savaşlar səngiməyib. Cəbhələrdə sakitliyin hökm sürdüyü vaxtda Kremldə yeni mübarizə cəbhələri açılıb. Siyasi intriqalar, qruplaşmalar, gələcək hakimiyyət uğrunda gizli planlar İosif Stalini daha ehtiyatlı davranmağa, daha sərt tədbirlər görməyə vadar edib...

1950 və 1952-ci illərdə Mərkəzi Komitənin plenumlarında sovet lideri ən yaxın silahdaşlarını sərt tənqid edib. Bu tənqidlərdə Stalinin onlara inamsızlığı açıq şəkildə hiss olunub. Birincinin hədəfinə düşən Malenkov, Beriya, Xruşov, Molotov çıxış yolları axtarıblar, səhhətində ciddi problemlər yaranan Stalinin varis məsələsinə müdaxilə etməyə çalışıblar. Beləliklə, həm siyasi, həm də hərbi elitada hakimiyyəti ələ keçirmək üçün qruplaşamalar yaranıb, ciddi siyasi və hərbi fiqurları sıradan çıxarmaq üçün tərəflər planlar cızıb. Elə Stalinin özü də ona mane ola biləcək yüksək ranqlı dövlət məmurlarını mərkəzdən uzaqlaşdırmağı vacib sayıb. Marşal Jukov “mədəni” şəkildə Moskvadan Odessaya sürgün edilib. “General işi” ilə bağlı 20-ə yaxın böyük nüfuza malik marşal və general Stalinin göstərişi ilə tam “zərərsizləşdirilib”.

images.jpg (72 KB)

Stalin Mərkəzi Komitənin və Siyasi Büronun iclaslarında büro üzvlərinin yenilənməsi ilə bağlı təkliflər verib. Bu isə “köhnə”lərin siyasi karyerasının sonu sayılıb. Bütövlükdə Kreml məmurları bu gərgin vəziyyətdə mövqelərini qorumaq üçün bütün vasitələrə əl atıblar.

Məmurların qruplaşdığı bir vaxtda yalnız Viktor Abakumov tək fəaliyyət göstərib. Dövlət təhlükəsizliyi naziri vəzifəsində işləyən Abakumov siyasi mübarizədə qalib olacağına tam əmin olub.

загружено.jpg (63 KB)

Qeyd edək ki, Abakumov Stalin hakimiyyəti dövründə ən təhlükəli fiqurlardan biri olub. Beriyanın himayəsi sayəsində əvvəlcə “NKVD”-də yüksək vəzifə tutan, sonra “SMERŞ”-in rəhbərliyinə gətirilən Abakumov o dərəcədə təhlükəli şəxs olub ki, hətta Beriya özü də ondan çəkinib. Stalin Abakumova kifayət qədər böyük səlahiyyətlər verib. Birbaşa sovet liderinin tapşırıqlarını icra edən Abakumov vəzifə funksiyalarına aid olmayan məsələlərə də müdaxilə etmək səlahiyyətində olub.

Abakumov gələcəkdə liderliyini təmin etmək üçün ona mane ola biləcək siyasi və hərbi fiqurları böyük ustalıqla sıradan çıxarıb. Növbədə isə əsas rəqib kimi Lavrenti Beriya və Georgi Malenkov dayanıb.
Sözsüz ki, hiyləgər Beriya Abakumovun planlarından xəbərdar olub. O, nəhayət, 1951-ci ildə onun həbsinə nail olmağa bacarıb. “Leninqrad işi” və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan dövlət təhlükəsizliyi naziri həbs edilib. Beriya Abakumovu üstələməyi bacarıb və onun haqqındakı fikirlərində yanılmayıb.

abakumov_v_s3.jpg (127 KB)


Abakumovun həbsindən sonra onun bağ evində axtarış aparılıb. Qeyd edək ki, dövlət təhlükəzisliyi nazirinin bağ evi xüsusi dəbdəbəsi ilə fərqlənib. Əslində bu bağ evi padşahlara məxsus sarayları xatırladıb. Tikinti zamanı istifadə edilən bütün materiallar xaricdən gətirilib. Həmçinin ev əşyaları da dövrün ən məşhur xarici brendlərinin istehsalı olub. Axtarış zamanı aşkar olunan əşyaların siyahısı tərtib edilərək Stalinə təqdim olunub. Siyahıda külli miqdarda pul, o cümlədən xarici valyuta, 50-dən artıq qızıl saat, qızıl onluq sikkələrlə dolu üç balon, 27 ədəd qiymətli rəsm əsəri, 61 ədəd müxtəlif tapança və tüfənglər, mülki nikahda olduğu dövlət təhlükəsizliyi kapitanı Antonina Smirnovaya məxsus, dəyəri 900 min rubl ölçülən zinət əşyaları və s. əks olunub.
Stalin üçün bu əşyalar çox da maraqlı görünməyib. Çünki aşkar olunanların arasında daha maraqlı tapıntılar olub. Abakumovun bağ evindəki seyfindən 12 qovluq çıxıb. Onlardan ikisi Beriya və Malenkovla bağlı “donos”lar olub.

Abakumov_VS (1).jpg (56 KB)


Sonradan məlum olub ki, Abakumov Beriya və Malenkovu aradan götürməklə gələcək karyerasını təmin etmək istəyib. Onun üçün digər məmurlar çox da ciddi fiqur olmayıblar. Məsələn, qurumlar arasında xidməti yazışmalar zamanı Molotovun ona göndərdiyi məktuba Abakumov telefonda belə cavab verib:
“Siz mənə rəsmi məktub göndərməzdən əvvəl gərək mənimlə şifahi razılaşma aparaydınız. Siz nəinki yazı yaza bilmirsiniz, heç düşünmək qabiliyyətiniz də yoxdur. Bu gündən sonra bunu nəzərə alın. Nəzərə alın ki, hər şey əvvəlcədən razılaşdırılmalıdır, mənimlə, yoldaş Abakumovla...”

images (1).jpg (69 KB)

Abakumovun istintaqı 4 il davam edib. “Lefertovo” və “Butırka” həbsxanalarında hətta kameralarda belə onun qandalını çıxarmayıblar. Stalinin vəfatından sonra Abakumov azadlığa çıxacağına ümid edib. Amma hər şey əksinə olub. Beriyanın həbsindən sonra o, “Beriya işi”nin istintaqınna cəlb edilib. Hakimiyyətdə olan Xruşov isə onu azadlığa buraxmaq niyyətində olmayıb. Xruşov yazdığı xatirələrdə Abakumovu aşağıdakı kimi xarakterizə edib:

“Abakumovu Beriya yetişdirmişdi, Stalin isə ona fövqəladə səlahiyyətlər vermişdi. Bəs bu “dostluğu” Abakumov necə qiymətləndirdi? Beriyadan “donos” yazdı, Stalini də aldatdı. Sonda layiqli cəzasını aldı...”

19 dekabr 1954-cü ildə xəyanətkar, cəllad, nə vaxtsa özünü məğlubedilməz sayan 46 yaşlı general Viktor Abakumov haqqında məhkəmə ən ağır hökmü, güllələnmə hökmünü çıxarıb.Musavat.com