Dünya kəşfiyyat tarixinin zəlzələləri: Tam məxfi

Dünya kəşfiyyat tarixinin zəlzələləri: Tam məxfi

30 Dekabr 2021 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya kəşfiyyat xidmətlərinin son üzləşdiyi skandalda İsrailin məxfi xidməti Mossad baş roldadır. Mossadın sabiq direktoru Yossi Koenin 2018-ci ilin sonlarında məxfi eşq yaşamağa başladığı qadın və ərinə dövlətlərarası sirləri danışdığı iddia edilir. Təccüblüsü kəşfiyyat dünyasını sarsan bu skandalın ilk olmadığıdır.

İsrail mediasının ötən həftə ortaya atdığı iddia dünyada şok effekti yaradıb.

İddiaya görə, Mossadın sabiq direktoru Yossi Koen ölkəsinin məxfi sirlərini hava yollarında işləyən gizli sevgilisi və onun əri ilə paylaşıb. Koenin Mossadın məxfi əməliyyatlarını da cütlüyə ötürdüyü iddia edilir.

Kəşfiyyat şefinin sevgilisinin əri Qay Şiker deyib ki, Koen onlara Mossadla bağlı çox şey danışıb: “O, çox gəvəzə adam idi, Mossadın əhəmiyyətli ərəb liderinin həkimi ilə təmasda olduğunu belə demişdi”.

Yossi Koen isə bu iddiaları rədd edərək bildirib ki, təhlükəsizlik sirlərini və açıqlanması lazım olmayan heç bir şeyi ifşa etməyib.

Yaşanan bu vəziyyət skandal olaraq qiymətləndirilsə də, kəşfiyyat xidmətlərində kimlərsə zamanla skandallara, kimlərsə filmlərə ssenari olacaq hadisələrlə gündəmə gəlib.

Son olayın maraq yaratdığını nəzərə alaraq dünya casusluq tarixinə damğa vuran əhəmiyyətli adları və ağlagəlməz ən maraqlı əməliyyatları təqdim edirik.

Dünya casus tarixinin bir nömrəsi

Dünyanın ən uğurlu casusu dedikdə ağla gələn şəxslərdən biri Riçard Zorge bir zamanlar kəşfiyyatçı olan məşhur ingilis yazarı Grediriko Forshth Zorge haqqında aşağıdakıları deyib: “Yalnız bir ovuc casus var ki, məzarlarından çıxıb “mənim rəhbərlərimə verdiyim məlumatlar tarixin gedişatını yaxşı və ya pisə dəyişdi” deyə bilər və Sorge belə casuslardan biridir”.

Məlumat üçün bildirək ki, II Dünya Müharibəsi zamanı Zorge Almaniya, Yaponiya və Çində Sovet İttifaqı adından casusluq edib. O, Almaniyadakı nasist partiyasına sızmaq üçün yollar axtarıb. Almaniyanın Sovet İttifaqına hücum planlarını ilk dəfə məhz o sızdırıb. O, həmçinin Yaponiyanın Sovet İttifaqına hücum etməyəcəyi barədə məlumatı ilk dəfə Moskvaya ötürən şəxsduir. Bu məlumatla Sovet İttifaqı qərb cəbhəsində cəmləşib və İkinci Dünya Müharibəsinin gedişatı beləcə dəyişib.

İngilis, alman, fransız, rus, çin və yapon dillərini mükəmməl bilən Riçhard Zorge dünyanı özünün oyun meydançasına çevirib. 1941-ci ildə Tokioda əsir götürülüb və 1944-cü ildə edam olunub. 1964-cü ildə Sovet İttifaqında qəhrəman elan olunub, baxmayaraq ki, ölümünə qədər aparılan sorğu-suallarda onun Sovet İttifaqı ilə hər hansı əlaqəsi olması barədə deyilənləri təkzib edib.

Ən rəngli casus - Villiam Stephenson

Villiam Stephenson casusluq tarixinin ən rəngli adamlarından biridir. Məlumata görə, Ceyms Bond əslində əsl agentin romantikləşdirilən versiyasıdır.Onun əsli isə elə Stivensondur.

Villiam Stephenson I Dünya Müharibəsində pilot olub. Müharibədə əsir düşən Stivenson əsir düşərgəsindən öz imkanları ilə qaçıb və qaçarkən düşmən qoşunlarının mövqelərini qeydlər aparıb. IIi Dünya Müharibəsində Britaniya kəşfiyyatında işləyən Stivenson almanların Amerika qitəsi ilə bağlı planlarını ABŞ prezidenti Ruzveltə çatdırıb. I və II dünya müharibələri arasında Stivenson yüngül çəkidə boks üzrə dünya çempionu olub, hava sürəti rekordunu qırdı və simsiz foto yükləyicini icad edərək milyonçu olub.

Əli Kohenin “ərəbliyi”

Dünya casusluq tarixinin zirvəsinə yüksəlməyi bacaran casuslardan biri də Əli Kohen sayılmalıdır. Əli Kohenin günümüzə qədər uzanan hekayəsi kəşfiyyat tarixinin ən maraqlı hekayələrindən biridir. Kohen ərəb dilini mükəmməl bilirdi və tipik ərəb siması var idi. Suriya əməliyyatında diqqət çəkməmək üçün əvvəlcə bir müddət Argentinada suriyalılarla birgə yaşayıb. 1962-ci ildə Kamal Əmin Taybet adlı “iş adamı” kimi Suriyaya daxil olub.

Qısa müddətdə Suriyadakı ictimai həyata uyğunlaşan Kohen, Bəəs partiyasının əhəmiyyətli adlarından olan polkovnik Əmin əl Hafizlə qısa zamanda dostluq münasibətləri qura bilib. Hafizin Suriya prezidenti olması ilə Cohen Suriyaya girib-çıxmağa başladı. Onun Kolan təpələri ilə bağlı İsrailə göndərdiyi məlumatlar İsrailin bu bölgəni işğal etməsində mühüm rol oynayıb. Suriya Müdafiə Nazirliyinin yaxınlığında yaşayan Kohen məxfi məlumatları xüsusi vasitələrlə İsrailə ötürüb. Casusun tapılması üçün Suriya o zaman SSRİ-dənm dəstək istəyib. Kohen cinayət başında tutulub və 1965-ci ildə edam olunub. Onun məzarının yeri hələ də Suriya tərəfindən məxfi saxlanılır. Mossad onun dəfn olunduğu yeri axtarır. Suriyada ara qarışdıqdan sonra Mossad onun saatını əldə edərək qızına təqdim edib.

Ər və arvadın casus oyunu

“Soyuq müharibə” başa çatana qədər dünya casus mübarizələrinin və əıməliyyatlarının mərkəzi SSRİ-nin nəzarətindəki Şərqi Almaniya olub. Şərqi Almaniya məxfi xidməti - STAJI hər dörd almandan birindən xəbərçi kimi istifadə edirdi. Ən maraqlı xəbərçi hekayəsi Vera Vollenberger və əri arasında baş verib.

1990-cı ildə müəllimlikdən qovulan və Şərqi Almaniya parlamentinə seçilən Vera Vollenberger STAJI araşdırma arxivlərinin ictimaiyyətə açıqlanması ilə bağlı qanunun qəbul edilməsində aparıcı rol oynayıb. Qanun qəbul edildikdən sonra öz faylına baxan Vera Vollenberger onu qınayanın əri olduğunu öyrənib. Hadisənin üzə çıxmasından dərhal sonra cütlük boşanıb.

“Sidik əməliyyatı”

1999-cu ildə Mossad casusluq tarixinin bəlkə də ən maraqlı əməliyyatını həyata keçirdi. İordaniya kralı Hüseynin dəfn mərasimi zamanı “Baba Əsəd” kimi tanınan Hafiz Əsədin sidiyi oğurlanıb. Düşmənləri ilə tez bir zamanda barışmaq istəyən İsrail, Hafiz Əsəd ölənə qədər prosesi tamamlamaq üçün cəld hərəkət etdi. Hafiz Əsədin sağlamlıq hesabatları 1998-ci ildə Fransada xəstəxanadan oğurlansa da, ətraflı məlumat əldə etmək mümkün olmayıb. Bu səbəbdən İordaniya kəşfiyyatı ilə əməkdaşlıq edilib və dəfn zamanı Əsəd üçün kanalizasiyası olmayan xüsusi tualet hazırlanıb. İsrail Hafiz Əsədin sidiyini ələ keçirə bilsə də, Hafiz Əsəd daha cəld hərəkət edib və sülh masası qurulana qədər ölüb.

Qari Pauers

“Soyuq müharibə” ilə birlikdə ABŞ Sovet İttifaqının hərbi potensialını müəyyən etmək üçün casusluq tarixinin ən bahalı layihələrindən birini həyata keçirib. Layihə nəticəsində dövrünün ən təkmil və ən bahalı təyyarəsi olan U-2 casus təyyarələri ortaya çıxıb. Sovet radarları U-2 təyyarələrini uzun müddət görə bilsələr də, təyyarə çox yüksək hündürlükdə uçduğu üçün havadan müdafiə raketləri təyyarəni vurmaq üçün kifayət etməyib. U-2-nin Sovet hava məkanında üstünlüyü 1960-cı ilin mayında sona çatdı. Sovet İttifaqı radarda gördüyü, lakin vura bilmədiyi bu təyyarəni vurmaq üçün yeni raketlər hazırladı.

Amerikalılar təyyarə ilə əlaqəni kəsəndə özlərinə məxsus bir meteoroloji təyyarənin Rusiya üzərində qəzaya uğradığını elan etdilər, lakin bilmədikləri o idi ki, təyyarənin pilotu Qari Pauers təyyarənin özünü məhv etmə mexanizmini işə sala bilməyib. Sovet əsgərləri tezliklə təyyarəni və pilotu ələ keçirib. Təyyarə Moskvada nümayiş etdirilərkən pilot Qari Pauers məhkəmə qarşısına çıxarılıb. Rusiyada 10 il həbs cəzası alan Pauers 1962-ci ildə ABŞ-da əsir götürülən sovet casusu Rudolf Abellə dəyişdirilib.Teleqraf.com