Bəşər tarixinin ən pis ili – 536-cı ildə nə baş verib?

Bəşər tarixinin ən pis ili – 536-cı ildə nə baş verib?

8 Fevral 2022 08:54
Bəyəndim (0) Bəyənmədim (0)

2019 və 2020-ci illər kimi 2021-ci il də müasir bəşər sivilizasiyasının tarixində əbədiləşdi.

2021-ci il heç kimin unutmayacağı bir il oldu. Ancaq bəşəriyyət tarixindəki ən pis il haqqında danışsaq, onda bir çox variant seçə bilərik:

1349-cu ildə Qara ölüm Avropa əhalisinin yarısının həyatına son qoyub.

1520-ci ildə çiçək xəstəliyi Amerikanı viran qoydu və qitənin yerli əhalisinin 60-90 faizini öldürüb.

1918-ci ildə ispan qripi 50 milyondan çox insanın ölümünə səbəb olub.

1933-cü ildə Hitlerin yüksəlişini də müasir tarixdə dönüş nöqtəsi adlandırırlar.

Bütün bunlarla yanaşı, tarixçilər öz seçimlərində yekdildirlər. “Tarixin ən pis ili” adı asanlıqla bizim eranın 536-cı ilini ehtiva edir.

Tarixçi Maykl Makkormik 2018-ci ildə “Science Magazine” jurnalında dər etdirdiyi məqaləsində qeyd edir ki, bu, tarixin ən pis dövrlərindən birinin başlanğıcı və demək olar ki, ən pis il idi.

İl bütün dünyaya yayılan və təxminən 2 il ərzində Avropa, Yaxın Şərq və Asiyanın bəzi hissələrini sutkanın 24 saatı qaranlığa qərq edən izaholunmaz qalın dumanla başlayıb.

Nəticədə qlobal temperatur kəskin şəkildə aşağı düşərək son 2000 ildən çox müddətdə ən soyuq onilliyə gətirib çıxardı. Bütün Avropa, Afrika və Asiyanı aclıq bürüyür və məhsul qıtlığı baş verir. Təəssüf ki, 536-cı il gələcək bədbəxtliklərin yalnız preludesi kimi görünür. Bu həddindən artıq soyuq və aclıq dövrü Avropada iqtisadi fəlakətə səbəb oldu və 541-ci ildə bubon taununun (taunun bubon formasının xarakterik əlaməti törədrici mikrobun daxil olduğu yerə yaxın birincili bubonların formalaşması ilə periferik limfatik düyünlərin zədələnməsidir) sürətlə yayılması 100 milyon insanın, yaxud Bizans imperiyası əhalisinin demək olar ki, yarısının ölümünə səbəb olur.

541-ci ildə Bizans imperiyası və Persiya bubon taun epidemiyasına yoluxdu. Rəsm əsəri: “Taun Aşodda”. Rəssam: Nikolya Pussen. 1630-cı il (Mənbə: Wikimedia Commons)

VI əsrin bu hissəsi “Qaranlıq əsr” kimi məşhurdur. İndi aydın olur ki, bu adın təkcə məcazi deyil, həm də çox konkret mənası var. Uzun müddət bu qaranlığın gerçək səbəbi məlum deyildi. Bu yaxınlarda Maykl Makkormik və qlyasioloq (buzlaqşünas) Pol Mayevskinin başçılığı ilə tədqiqatçılar 536-cı ilin əvvəlində İslandiyada baş verən güclü vulkan püskürməsi nəticəsində inanılmaz dərəcədə böyük miqdarda külün yer kürəsinin çox hissəsinə yayılmasına səbəb olduğunu və dünyanı qaranlığa qərq edən duman yaratdığını aşkar ediblər. Bu vulkan püskürməsi o qədər böyük miqyasda idi ki, qlobal iqlimi dəyişib və uzun illər ərzində hava şəraitinə və kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərib.

İl yeni başlayıb. Yeni ilin ilk günlərində hər yeni ili “tarixin ən pis ili” adlandırmaq dəb halını alıb. 2021-ci il 2020-dən yaxşı deyildi, amma artıq 2022-ci il gəlib. Tarixin ən pis ili olacaqmı? Ümid edirik ki, yox!. Ancaq 536-cı ilə nəzər salsaq, dünyanın bütün bədbəxtliklərlə birgə qaranlığa qərq olduğu bir dövrdə yaşamadığımız üçün nə qədər xoşbəxt olduğumuza hələ də sevinə bilərik. Teleqraf.com