ABŞ səfirliyində partlayış törədən psixi xəstə - “Alfa”nın yarımçıq əməliyyatı, Andropovun tərifnaməsi

ABŞ səfirliyində partlayış törədən psixi xəstə - “Alfa”nın yarımçıq əməliyyatı, Andropovun tərifnaməsi

19 Fevral 2022 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

SSRİ-nin ən elit xüsusi təyinatlı dəstəsi sayılan “Alfa” qrupu 1974-cü ildə DTK sədri Yuri Andropovun təşəbbüsü ilə yaradlıb. Yaradılan zaman şəxsi heyəti cəmisi 30 nəfərdən ibarət olun qrup ilk illərdə əsasən mühafizə işlərinə cəlb edilib. Sovet rəhbərllərini ölkədaxili və xarici səfərlərdə, həmçinin xarici ölkələrin siyasi liderlərinin SSRİ-yə səfərləri zamanı onları müşayiət ediblər. Bununla yanaşı, “Alfa” təyin olunmuş yerlərdə siyasi məhbusların dəyişdirilməsi tədbirlərində də iştirak edib.

“Alfa” qrupu ilk dəfə ehtimal olunan terror aktının qarşısının alınması əməliyyatını 28 mart 1979-cu ildə həyata keçirib.

Həmin gün günorta saatlarında ABŞ-ın Moskvadakı səfirliyindən DTK-ya zəng daxil olub, bildirilib ki, bir adam partalıdıcı maddə ilə səfirliyin ərazisindəki konsulluq binasına daxil olub. Bu məlumat Andropova məruzə edildikdən sonra DTK sədri terror törədəcəyi ehtimal olunan şəxsin zərərsizləşdirilməsinə “Alfa” qrupunu cəlb edib.

Saat 14.30-da Ukraynanın Xerson şəhərinin sakini olan Yuri Vlasenko ABŞ səfirliyinin buraxılış məntəqəsinin mühafizəçilərinə səfirlik əməkdaşlarının onu qəbul etməyəcəyi təqdirdə partlayış törədəcəyini bildirib. Hadisəyə soyuqqanlı yanaşan mühafizəçilər dərhal məsələ ilə bağlı səfirliyin əməkdaşlarını məlumatlandırıblar. Səfirliyin ikinci katibi məsələyə aydınlıq gətirmək üçün Vlasenko ilə görüşə gedib. Amma buraxılış məntəqəsində tərəflər qarşılıqlı anlaşmaya gələ bilməyiblər. Vlasenkonun aqresiv hərəkətləri amerikalılardan kifayət qədər ehtiyatlı olmağı tələb edib. Vəziyyəti az da olsa yumşaltmaq üçün Vlasenkonu konsulluğun binasına dəvət ediblər.

Vlasenkonun ilk tələbi onun ABŞ-a getməsini təmin etmək olub. O bildirib ki, yerli məmurlar onun instituta qəbul olunmasına əngəl törədiblər. Bu səbəbdən də o, Amerikaya getmək, orada yaşamaq, təhsil almaq və işləmək arzusundadır. Səfirlik əməkdaşları məsələyə aydınlıq gətirəcəklərini vəd etsələr də, Vlasenko sakitləşməyib və əvvəlkindən fərqli tələblər irəli sürməyə başlayıb, səfirliyin xidməti avtomobili ilə hava limanına getmək, uçuşa hazır olan təyyarəyə minmək və külli miqdarda pul.
Fərqli, anlaşılmaz tələblər və üzərindəki böyük həcmdə olan partlayıcı maddə səfirlik əməkdaşlarını çıxılmaz vəziyyətdə qoyanda, onlar DTK ilə əlaqə saxlamağı qərarlaşdırıblar.

1530515774_631_0_2350_1719_1920x0_80_0_0_578c1063194afbe745f3ea1e4a61c60e.jpg (114 KB)

Beləliklə, “Alfa” qrupunun əməkdaşları hadisə yerinə yollanıblar. Onlardan biri danışıqlara gedərkən özünü SSRİ Xariçi İşlər Nazirliyinin əməkdaşları kimi təqdim edib. Birinci danışıq cəhdi heç bir nəticə verməyib. “Alfa” əməkdaşı söhbəti yumşaltıqca Vlasenko daha da qəzəblənib və barmağını partlayıcı maddənin işə düşməsi üçün onun həlqəsinə keçirib.

İkinci dəfə danışıqlara hərbi libaslı “Alfa” əməkdaşları cəhd ediblər. Bu cəhd xeyli davam edib. Hətta Vlasenko onlara bir neçə şeir də söyləyib. “Alfa” şeir qiraətindən sonra qənaətə gəlib ki, Vlasenkonun psixoloji durumunda problem var. Belələri ilə danışmaq isə cətin olur. Yəni, normal düşüncəyə sahib olmayan şəxs həmin həlqəni hər an çəkə bilər.

Qısa məşvərətdən sonra xüsusi təyinatlılar belə qərara gəliblər ki, bir nəfər Vlasenko ilə söhbət aparsın, onun fikrini partlayıcıdan yayındırmağa nail olsun və digər bir xüsusi təyinatlı isə binanın damından kəndirlə düşərək onu silahla zərərsizləşdirsin. Acaq psixoloji durumu problemli sayılan Vlasenko bu hiyləni anlayıb, otağın elə yerində dayanıb ki, pəncərədən onu silahla vurmaq mümkünsüz olub.

Bununla yanaşı, o, xüsusi təyinatlılarla söhbətdən imtina etməyib. Bu söhbət isə nə az, nə çox, düz 3 saat davam edib. Vlasenko sonda fikirlərini belə bildirib:

“Siz yaxşı oğlanlarsınız. Mən sizi öldürməyəcəm, əlimdəkini partlatmayacam. Amma bir şərtlə ki, mənim tələblərimi yerinə yetirəsiniz. Mən başqa cür də hərəkət edə bilərəm. Tələblərim yerinə yetirldikdən sonra buraları yerlə-yeksan da edə bilərəm. Amma sizə görə bunu etməyəcəm...”
Növbəti hansı addımın atılacağını düşünmək üçün xüsusi tyinatlılar pillələrlə aşağı enib qərar çıxarmağa gedəndə partlayış səsi eşidilib. Onlar dərhal geri qayıdıblar. Patlayıcı maddə təsadüf nəticəsindəmi, yaxud ehtiyatsızlıq ucbatındanmı işə düşüb. Bəlkə də Vlasenko özü bilərəkdən onu partladıb.

Xoşbəxtlikdən, üç hissədən ibarət olan partlayıcı maddənin biri tam olmayaraq partlayıb. Partlayış nəticəsində Vlasenko yeindəcə həlak olub. Otaqdakı şkaf və digər avadanlıqlar da yararsız hala düşüb.
Sonradan o da məlim olub ki, həqiqətən də Vlsenkonun psixoloji durumunda ciddi problemləri olub.

1325814 (1).jpg (64 KB)

Bu əməliyyatı Andropov yüksək qiymətləndirib. “Alfa”nın şəxsi heyətinə ünvanladığı təşəkkür məktubunda DTK başçısı bunları da qeyd edib:
““Alfa” qrupunun şəxsi heyəti başa düşməlidir ki, o, xüsusilə təhlükəli düşmənlə qarşılaşmalı olacaq, təkcə cəsarət və güc tələb olunmur, həm də hərbi hiyləgərlik, hərəkətlərdə qətiyyət, mövcud vəziyyətə uyğun olaraq müstəqil qərarlar qəbul etməyə hazır olmaq ən vacib şərtlərdir. Amerika səfirliyində keçirilən əməliyyatda xüsusi təyinatlılar bu şərtlərin hamısına əməl etməklə öz vəzifə borclarını layiqincə yerinə yetirdilər. Mən DTK rəhbərliyi adından “Alfa”nın şəxsi heyətinə təşəkkür elan edirəm...”

Əslində, həmin əməliyyatda tələskənlik, sərtlik nümayş etdirmək böyük itkilərə səbəb ola bilərdi. Ən azı tam işlək olmayan partlayıcı xüsusi təyinatlıların da həyatına son qoya bilərdi. Musavat.com