SSRİ dağılandan sonra ölkəni qarət edən 5 klan - Şok faktlar

SSRİ dağılandan sonra ölkəni qarət edən 5 klan - Şok faktlar

2 Noyabr 2022 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

1990-cı illərdə Rusiya əhalisinin əksəriyyəti sözün həqiqi mənasında yoxsulluğun astanasında olmaqla çətin günlər yaşayıb. Amma istisnalar da var idi. Ölkənin idarəçiliyində iştirak edənlər, eləcə də ailələri dəbdəbə içində yaşayıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə Teleqraf.com-da gedən yazıda deyilir.

Qeyd edilir ki, SSRİ dağıldıqdan sonra hakimiyyəti ələ keçirən Boris Yeltsinin ailəsi böyük imkanlar əldə edib.

Rusiya Federasiyasının birinci prezidenti və onun çoxsaylı qohumları ölkənin demək olar ki, bütün sərvətlərini qanunsuz olaraq mənimsəyiblər. Prezident Yeltsinin qızı Tatyana Yumaşeva atasının hakimiyyəti dövründə çox da gözə girməsə də, uzun illər prezident köməkçisi işləyib.

Onun həyat yoldaşı da imkanlardan gen-bol istifadə edə bilib. Valentin Borisoviç Yumaşev 1995-1996-cı illərdə “Oqonyok” qəzetinin baş redaktoru olub. 1996-cı ildə prezident Boris Yeltsinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri təyin edilib. 1997-ci ilin martında Yumaşev Prezident İcra Aparatının sədri Anatoli Çubaysı əvəz edib. Hazırda daşınmaz əmlakın inkişafı sahəsində çalışır. Yumaşev və arvadı Tatyana Yumaşeva Moskva Beynəlxalq Biznes Mərkəzində İmperiya Qülləsinin yarısına və CITY biznes mərkəzinin yarısına (səhmlərin 49,58%-i) sahibdirlər. Hazırda ailə Avstriya vətəndaşıdır. Yumaşevin 2022-ci ilin aprelində Vladimir Putinin müşaviri vəzifəsindən gedib.

Yeltsinin böyük qızı Elena Yelsina daha çox evdar xanım kimi xarakterizə edilir. Onun həyat yoldaşı Valeri Okulov isə yaxşı imkanlara sahib olub. Okulov Rusiya Beynəlxalq Hava Yolları ASC-nin istehsal proseslərinin təşkili və idarə edilməsi üzrə baş direktorunun birinci müavini təyin edilib, 1997-ci ildə direktor vəzifəsini tutub. Rəsmi olaraq Aeroflot səhmlərinin 0,0025%-nə sahibdir. 2009-cu ildə Valeri Okulov nəqliyyat nazirinin müavini təyin edilib.

Bundan başqa, bankirlər Boris Berezovski və Mixail Fridmanın ailələri vəzifə səlahiyyətlərindən sui-istifadə və maliyyə fırıldaqlarında görünüblər. Bu bankir qrupu SSRİ dağıldıqdan sonra Rusiyanın ən ağır günlərinin işığında ağ günə çıxıblar, böyük sərvətlər toplayıblar. Sonradan Berezovski ölkədən qaçıb və qürbətdə vəfat edib. Fidman isə imkanlarını saxlamaqda davam edir.

1990-cı illərdə Rusiyada da az qala bütün ölkə aclıqdan ölərkən Roman Abramoviç və həyat yoldaşı İrina heç nəyə qənaət etməyiblər. Böyük sərvət toplayan Abramoviç sonradan dünyanın populyar futbol komandalarına sahib olub. Bir müddət Rusiyanın indiki rəhbərliyi ilə problemlər yaşasa da, sonradan münasibətləri qaydaya sala bilib.

Nəhayətdə 1990-cı illərdə ölkəni talayan şəxslərdən biri də gənc Mixail Xodorkovski olub. Hazırda demokrat və mühacir imicində olan Xadorkovski 90-cı illərdə ölkəni talamaq üçün də xeyli səy göstərib.