Amerikalı pilot ABŞ bazaları üzərində anomal hadisələrin müşahidə edildiyini bildirib

Amerikalı pilot ABŞ bazaları üzərində anomal hadisələrin müşahidə edildiyini bildirib

6 Fevral 2023 21:47
Bəyəndim (1) Bəyənmədim (0)

Təqaüdçü bir amerikalı zabit, qırıcı pilot Rayan Qreyvs, The Hill nəşri üçün yazdığı bir məqalədə, xidmət illərində mütəmadi olaraq müşahidə etdiyi "naməlum anormal hadisələr"dən bəhs edib.

Oxuməni.az xəbər verir ki, onun sözlərinə görə, bu naməlum obyektlərlə bağlı müəmmlara aydınlıq gətirmək mümkün deyil

"Müstəsna imkanlar nümayiş etdirən naməlum obyektlər mütəmadi olaraq hərbi binalar, gizli qərargahlar və poliqonlarımız üzərində uçur. Onların kim olduğunu bilmirik və bu obyektlərə qarşı əks tədbirlər həyata keçirmək imkanlarımız yox dərəcəsindədir",- deyə Qreyvs yazıb.

Zabit qeyd edib ki, 2014-2015-ə illərdə onunla birlikdə xidmət edənyaxın 50-60 insan gündəlik olaraq "naməlum anormal hadisələri"müşahidə etdiklərini söyləyə bilər. ""Naməlum anomal hadisələr" milli təhlükəsizlik problemidir və təcili olaraq daha çox məlumata ehtiyacımız var " deyə Qreyvs vurğulayıb.

Keçən həftə ABŞ Milli Kəşfiyyat direktorunun ofisi, 30 avqust 2022-ci il tarixinə qədər ABŞ səlahiyyətlilərinin 500-dən çox naməlum uçan obyekt (UFO) hadisəsini qeyd etdiyi anomal hadisələr haqqında ikinci bir hesabat yayımladı. UFO müşahidələrinin əksəriyyəti ABŞ Hərbi Dəniz Qüvvələri və hava qüvvələri pilotları və onların meydana gəlməsinə şahid olan operatorlar tərəfindən qeydə alınıb. Eyni zamanda, hava gəmisinin və naməlum uçan obyektin heç bir toqquşması qeydə alınmayıb.

Əziz Mustafa, Oxuməni.az