Putinin oxşarları "səfillər"dir?

Putinin oxşarları "səfillər"dir?

5 Mart 2023 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Siz davranışlara diqqət yetirin, bunlar iki müxtəlif insanlardır və buna heç bir şübhə ola bilməz..."

"Putin əslində ölüb, Kreml istimai görüşlər üçün onun oxşarlarını cəlb edir..."

Valeri Solovey bir sutka ərzində iki "Putini" müqayisə edib...

Federal Məclisə müraciət edən Putinlə "Lujniki"dəki Putin, heç şübhəsiz, iki müxtəlif adamdır.

Bu fikri rusiyalı politoloq Valeri Solovey "Exo"nun efirində "Sluxay Exo" proqramının dinləyicisinin sualına cavab verərkən səsləndirib.

"Nə danışıasınız, bunlar iki müxtəlif insanlardır. Burada nə şübhələr ola bilər ki? Siz davranışa baxın. Görürsünüzmü, bir halda qarşımızda mətndən ayrıla bilməyən xırıltılı səsli öskürən qocadır. O, mətndən ayrılanda nə edir? O, danışığının ipini itirir.

Bu zaman televiziyada onu müşahidə edərkən qoca kimləsə görüşəndə masa arxasında ən azı 6 metr məsafədə əyləşir. Federal Məclisdə çıxış edəndə orada on metrdən çox məsafə olub.

Ertəsi gün siz enerjili, yerindən hoppanan, canlı, sanki prujin üzərində dayanan, insanların əlini sıxıb az qala onları bağrına basan adamı görürsünüz. Orada nə qədər məsafə var? Siz nə danışırsınız? Əlbəttə, bunlar iki müxtəlif adamlardır. Fotoşəkilləri müqayisə etmək kifayətdir", - Solovey deyib.

O, həmçinin belə bir sualı da cavanlandırıb: "Biz nə zamansa Putinin oxşarları haqqında təfərrüatları biləcəyikmi? Bu adamlar kimdir, əsl adları nədir, haradandır, harada yaşayıb, təhsil alıb, belə həyat tərzinə necə gəlib çıxıblar?"

"Nələrisə öyrənəcəyik. Lakin az şeylər bəlli olacaq. Mən gələcək yaxın və ya orta perspektivdə bu oxşarların bizi maraqlandırmasına əmin deyiləm. Biz bunu ona görə müzakirə edirik ki, kəskin siyasi mövzuları müzakirə etmək imkanımız yoxdur.

Bu imkanlar mümkün olduqda oxşarlar bizim vecimizə olmayacaq.

Üstəlik, bu mövzu öz aktuallığını itirəcək. Hər halda deyim ki, bu adamlar, bir qayda olaraq, qohumluq və sosial əlaqələri olmayan adamlardır. Bu, onların oxşarlar üçün seçilməsi səbəblərindən biridir", - Solovey bəyan edib.

Xəbər verildiyi kimi, tanınmış rusiyalı jurnalist bir sutka ərzində Putinin dəyişilməsini möcüzə adlandırıb və sual edib: "Çarın özü deyil ki?".

Rusiya prezidentinin oxşarlarından istifadə edilməsi mövzusu dövrü olaraq populyarlaşır.

Bu ilin yanvar ayında Britaniyanın "Daily Star" qəzeti MI6 kəşfiyyat idarəsindəki mənbələrə istinadən məlumat verib ki, Rusiya prezidenti, guya, ölüb, Kreml bunu ictimaiyyətdən gizlədərək ictimai tədbirlər üçün oxşarlarını cəlb edir.Moderator.az