Kennedi və Xruşovun “it diplomatiyası” – Kosmosu fəth edən itin balası Ağ Evə hədiyyə verilib

Kennedi və Xruşovun “it diplomatiyası” – Kosmosu fəth edən itin balası Ağ Evə hədiyyə verilib

9 May 2023 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

1960-cı ilin avqustunda dünya mətbuatında ən çox tirajlanan yazı və foto Belka və Strelka adlarında itlərlə bağlı olub. Bu itlər ilk dəfə olaraq kosmosu fəth edərək yerə sağ qayıdan heyvanlar kimi məşhurlaşıblar. Onlar avqustun 19-da “Sputnik-5” gəmisində 25 saat ərzində Yerin ətrafında 17 dəfə dövrə vurublar.

Buna qədər də sovet mütəxəssisləri kosmosa iki dəfə it göndəriblər və hər ikisində də uçuşlar uğursuz alınıb, itlər geriyə sağ dönə bilməyiblər. Üçüncü cəhddə isə istənilən nəticə əldə edilib

TASS_417281.jpg (184 KB)

SSRİ tərəfindən keçirilən bu uğurlu sınaq bir sıra xarici ölkələrdə qısqanclıqla qarşılansa da, hətta kommunist rejiminə sərt mövqedə olan ölkələrdə siyasilər belə hadisəyə qarşı maraqlarını gizlədə bilməyiblər. Amerikalılar isə sovet itlərinin kosmosa “səfər”lərinə daha “həssaslıqla” yanaşıblar. Bütün sahələrdə yarışa çıxan əks qütblər elə bütün sahələrdə də biri-birini təəccübləndirməyə çalışıblar. Belka və Sterlkanı göyə “uçurmaqla” SSRİ sözün əsl mənasında ABŞ-ı təəccübləndirə bilib.

Həmin dövrdə Amerikaya Con Kennedi, SSRİ-yə Nikita Xruşov rəhbərlik edib. İki ölkə arasında münasibətlər isə az qala müharibə həddinə çatıb. Kennedi Xruşovun istənilən vaxt ağılasığmaz addım atacağından ehtiyat edib, Xruşov üçün isə Kennedi çox da güclü siyasi iradəyə malik olmayan bir prezident kimi qəbul edilib. Bəlkə də bu dəyərləndirmələr kənardan belə görünüb.

John_Kennedy,_Nikita_Khrushchev_1961.jpg (142 KB)

Görünən odur ki, tərəflər məhz həmin gərgin dövrdə son dərəcə ehtiyatlı siyasi gedişləri ilə müharibədən yayına biliblər.

Gərginliyi azaldan səbəblərdən biri də Kennedi ilə Xruşovun mütəmadi əlaqələri, məxfi və açıq yazışmaları, bir-birinə rəmzi hədiyyələri, bəzən də məsafədən zarafatlaşmaları olub.

ABŞ prezidenti ilə sovet liderinin 1961-ci ildə Vyanada görüşü keçirilib. Görüşdə əsas məsələ kimi Berlin müzakirə olunub və cəmi iki aydan sonra Xruşov istədiyinə çataraq Berlin divarlarının tikilməsinə nail olub.

Səfər zamanı hər iki lideri həyat yoldaşları, Jaklin Kennedi və Nina Kuxarçuk da müşayiət ediblər. Qonaqların şərəfinə verilən ziyafət zamanı amerikalılar Belka və Strelkaya maraqlarını gizlədə bilməyiblər. Nina Kuxarçukla Jaklin Kennedi fərqli dünyagörüşə, fərqli həyat tərzinə malik olduqlarından qeyri-rəsmi tədbirlər zamanı onların arasında mövzu “qıtlığı” yaranıb. Elə ziyafət zamanı da Xruşovun yanında əyləşən Jaklin Kennedi bu mövzu boşluğundan istifadə edərək həm özünün, həm də həyat yoldaşının kosmosda olan itlərə marağını ifadə etməyə başlayıb və bu Xruşovun ürəyincə olub.

85627992f6cb52313556889557a1cb73_cropped_666x440.jpg (152 KB)

Xruşov və həyat yoldaşı Amerika nümayəndə heyətinə, o cümlədən Kennedi cütlüyünə itlər haqqında böyük həvəslə məlumat veriblər. Xruşov bu məlumatlar haqqında az qala sinəsinə döyə-döyə, böyük qürur hissi ilə danışıb. O, bu hadisəni kosmonavtika sahəsində ən böyük yenilik və uğur kimi təqdim edib.

Vyana görüşündən bir neçə ay sonra Xruşov Strelkanın “qızı” Puşkinanı Amerikaya, Ağ Evə, Kennediyə hədiyyə göndərib. Puşkinanı Amerikaya göndərməzdən əvvəl Mərkəzi Komitədə bu məsələ ilə bağlı qeyri-rəsmi bir müzakirə də aparılıb. Təkcə ideologiya sahəsində yox, həm də beynəlxalq münasibətlərə olduqca ehtiyat və həssslıqla yanaşan Mixail Suslov bu “hədiyyə”nin Kennediyə göndərilməsini yersiz və təhqiredici sayıb. Siyasi Büronun daha bir neçə üzvü də Suslovun fikirləri ilə razılaşıb.

140106131049_pushinka_624x351_jfklibrary_nocredit.jpg (123 KB)

Xruşov isə bu rekasiyalara özünəməxsus çılğınlıqla və konkret cavab verib: “Kosmosu fəth edən itlər Ağ Evdə tam sərbəst gəzə bilərlər. Bizim tərəqqimiz hətta heyvan formasında bütün dünyada görünməli və hiss olunmalıdır. Kapitalistlər kommunistlərin itlərinə də qibtə etməlidirlər. Mən qərarımda qətiyəm...”
Kremldəki fərqli reaksiyalara baxmayaraq Ağ Evdə Puşkina böyük sevinc və təntənə ilə qarşılanıb, Kennedi üçün gözlənilməz bu hədiyyə onun məmnunluğuna səbəb olub. ABŞ prezidenti Nikita Xruşova hədiyəyə görə yazılı təşəkkürünü göndərib.

iii.jpg (180 KB)

Puşkina Amerikaya rəsmi pasportu, sağlamlığı ilə bağlı sənədlərlə göndərilsə də, ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları işlərini ehtiyatla tutub. Əvvəlcə onun üzərində və daxilində heç bir qurğunun, yaxud da zəhərli maddənin olmaması yoxlanılıb, sonra Ağ Evə buraxılıb.

Puşkinanın Amerika həyatı “xoşbəxt və uğurlu” olub. O, Kennedilər ailəsinin sevimlisinə çevrilib. Çox keçməmiş Puşkinanı Kennedinin sevimli iti olan Çarli ilə “evləndiriblər”. Çütlüyün dörd gözəl balası dünyaya gəlib. Bu haqda Amerika mətbuatı da yazıb. Məhz həmin vaxt Ağ Evə 5 mindən artıq məktub gəlib. Amerika vətəndaşları həmin küçükləri götürmək üçün prezidentə çoxsaylı yazılı müraciətlər ediblər.

678beae8def77c6f71276bb65cb67afa.jpg (96 KB)

Belka və Strelka isə uzun illər Moskvada Dövlət Sınaq Tədqiqat Kosmik Tibb İnstitutunda nəzarət altında saxlanıblar. Onlar öldükdən sonra müqəvvaları Memorial Kosmonavtika Muzeyinə verilib. Musavat.com