"Tramp SSRİ DTK-sı ilə əməkdaşlıq edib, mən onunla sıx təmasda işləyən adamları tanıyıram" - Şvets

"Tramp SSRİ DTK-sı ilə əməkdaşlıq edib, mən onunla sıx təmasda işləyən adamları tanıyıram" - Şvets

30 İyun 2023 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən Trampı Putinin pudeli adlandırardım..."

"Trampın DTK-ya işləməsini mən fakt kimi bilirəm..."

ABŞ-da yaşayan sabiq sovet kəşfiyyatçısı, işğalçı ölkə olan Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı Yuri Şvets hesab edir ki, ABŞ-da 2024-cü il prezident seçkilərində Amerikanın keçmiş lideri Donald Trampın ehtimal edilən qələbəsi Ukrayna üçün pis variantdır.

Bu barədə o, "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində bəyan edib.

"Növbəti prezidentə gəlincə, əgər Tramp prezident olsa, bu, çox pis olacaq. Çünki o, artıq hər şeyi deyib. Deyib ki, Ukraynada müharibəni 24 saat ərzində həll edəcək, buna Ukraynanın rusdilli ərazilərini Putinə verilməsi yolu ilə nail olacaq. Vəssalam", - sabiq sovet kəşfiyyatçısı bəyan edib.

Jurnalistin "Trampı Putinin adamı adlandırmaq olarmı?" sualına Şvets belə cavab verib:

"Əlbəttə! Burada sual yoxdur! Mən hətta onu "Putinin pudeli (qıvrımtüklü it cinsi) adlandırardım. Helsinkidə bağlı qapı arxasında danışıqlardan sonra Putinlə birlikdə mətbuata çıxıb müsahibə verən adam kim ola bilər ki?..Trampdan xahiş edilib ki, "Rusiyanın ABŞ-da seçkilərə sizin xeyrinizə müdaxilə etməsini şərh edin", - Şvets xatırlayıb.

Onun sözlərinə görə, Rusiyanın ABŞ-da 2016-cı ildə prezident seçkilərinə müdaxiləsi Amerika kəşfiyyat birliyinin bütün 17 bölməsi tərəfindən qeydə alınıb.

"Bu müdaxilənin koordinasiyasına gedib çata bilməyiblər, amma bunun müdaxilə olduğu qeydə alınıb. Tramp isə bəyan edir: "Mənə Putin deyib ki, belə bir şey olmayıb, mən ona inanmaya bilmərəm".

Yəni o, Putinə özünün 17 kəşfiyyat agentliyindən daha çox inanıb. O zaman o, kimin adamıdır və kimə işləyir? Açıq desək, o, axmaqdır, ona görə də prezident olacağı təqdirdə 24 saat ərzində nə baş verəcəyini açıq bəyan edib", - Şvets deyib.

Qordon Trampın SSRİ DTK agenti olub-olmaması ilə maraqlanıb.

Şvets diqqəti ona cəlb edib ki, "agent" sözü geniş anlayışdır, lakin DTK-nın Trampla işləməsi barədə dəqiqləşdirici suala müsbət cavab verib.

"Əlbəttə, heç şübhəsiz, mən konkret onunla işləyən, həm də sıx işləyən, onun xarici siyasətdə, o cümlədən Rusiya Federasiyasına münasibətlə bağlı siyasətdə aparıcı müşavirlərini tanıyıram. Vəssalam, nöqtə", - o, deyib.

Jurnalist bu məqamı qeydə almaq istəyib.

"Siz SSRİ DTK-nın veteranısınız, onun Vaşinqtondakı rezidenturasında işləmisiniz...Anlamayanlar üçün vurğulayım: sovet dönəmində SSRİ DTK-nın ABŞ-dakı rezidenturasına yaxşıların yaxşıları, DTK elitasının elitası düşə bilərdi. Siz orada işləmiş adam kimi təsdiq edirsiniz ki, Tramp DTK-ya işləyib. Doğrudurmu?" - Qordon sual edib.

Putinin tələbə yoldaşı bunu təsdiq edib. "Bəli, mən bunu fakt kimi bilirəm", - kəşfiyyatçı deyib.

"Heyrət doğuran məlumatdır. Bəs o, ABŞ prezidenti ola bilərmi?" - Qordon sual edib.

Şvets bunu istisna etməyib, lakin dəqiqləşdirib ki, ABŞ-ın sabiq prezidentini onun şəxsi iqamətgahında aşkar edilən tamamilə məxfi sənədlərə görə ciddi tədqiqat gözləyir. Moderator.az