İranda uşaq evlilikləri artır!

İranda uşaq evlilikləri artır!

28 Avqust 2012 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Iranda 10 yaşı tamam olmamış qızların zorla ərə verilməsi ilə bağlı olaylar son ildə iki dəfə artıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, İranın mövcud qanunvericiliyinə görə, yaşı 13-ə çatmamış qız və yaşı 15-ə çatmamış oğlan atasının icazəsi, məhkəmənin qərarı ilə ailə qura bilər.

İnsan hüquqlarının müdafiəsi təşkilatları vəziyyətlə bağlı ciddi narahatlıqlarını bildirirlər.
İran Uşaq Hüquqlarının Müdafiəsi Təşkilatının açıqladığı hesabata görə, 2009-cu ildə ölkədə yaşı 15-ə çatmamış 43459 qız ərə verilib.
10 yaşına çatmamış qızların ərə verilməsinə gəldikdə isə, 2009-cu ildə bununla bağlı 449 fakt qeydə alınmışdısa, 2010-cu ildə həmin rəqəm 716 olub.
Təşkilatın mətbuat katibi Fərşid Yəzdaninin dediyinə görə, azyaşlı qızların ərə verilməsinin başlıca səbəbi yoxsulluqdur.
"Bəzi ailələr azyaşlı qızı yaşlı kişiyə borcunu ödəmək üçün ərə verir. Belə erkən nikahlar boşanmalar, gənc qızların evdən qaçmaları, intiharlar, fahişəlik və ruhi xəstəliklərin sayının artmasına səbəb olur", - Yəzdani deyilib.
..."Sabze" bildirir ki, Xorasan şəhərində intihar etmiş 10 yaşlı Fatma da belə qurbanlardan biridir. Fatmanı babası yaşda kişiyə, 73 yaşlı Əsğərə ərə vermək istəyən atası qızının inadına dözməyərək, Fatmanı döyüb və "Köpək, mən dediyim olacaq!" demişdi.
Fatma gecənin düşməsini gözləmiş, sonra da özünü həyətdəki fıstıq ağacından asmışdı.

O.M.