
Pezeşkian İƏT sammiti üçün Xankəndinə səfər edəcək
İran prezidenti Məsud Pezeşkian iyulun 3-4-də Azərbaycana səfər edəcək.
Oxuməni.az “Trend”-ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Diplomatik nümayəndəlikdən bildirilib ki, prezident İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək XVII sammitində iştirak edəcək.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev telefon danışığı zamanı iranlı həmkarını bu tədbirə dəvət etmişdi.
Oxuməni.az
Digər xəbərlər