
Brent markalı neftin qiyməti iyunun 6-dan bəri ilk dəfə bir barel üçün 66 dollardan aşağı düşüb
Londonun ICE birjasında 2025-ci ilin sentyabrında çatdırılacaq Brent markalı neftin fyuçerslərinin qiyməti 2025-ci il iyunun 6-dan bəri ilk dəfə olaraq bir barel üçün 66 dollardan aşağı düşüb. Oxuməni.az-ın məlumatına görə, bunu Londonun ICE birjasında keçirilən hərracların məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 04:26-ya olan məlumata görə, Brent markalı neftin qiyməti 0,41% azalaraq 65,92 dollar/barelə bərabər olub.
Bakı vaxtı ilə saat 04:40-da Brent bir barel üçün 65,94 dollara (-0,38%) satılırdı. Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılacaq WTI markalı xam neftin fyuçersləri 0,79% azalaraq bir barel üçün 64,56 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 04:44-də Brent bir barel üçün 66,04 dollara (-0,23%) ticarət olunurdu. Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılacaq WTI markalı xam neftin fyuçersləri 0,63% ucuzlaşaraq bir barel üçün 64,66 dollar təşkil edir.
Bundan əvvəl Amerikanın “Navigator Principal Investors” investisiya şirkətinin direktoru Kayl Şostak “TASS”-la söhbətində belə bir fikir bildirib ki, İran və ABŞ arasında qarşıdurma bərpa olunarsa, dünya bazarlarında neftin qiyməti hər istiqamət üzrə 10-15% diapazonunda dəyişəcək.
Almaz Həsənli