
İran Rusiya təyyarələri əvəzinə Çindən J-10C qırıcısı almağı düşünür
İran KİV-i xəbər verir ki, İsraillə 12 günlük müharibə başa çatdıqdan dərhal sonra İran ordusu Çin J-10C qırıcılarının ixrac versiyasının bir hissəsinin alınması ilə bağlı danışıqları intensivləşdirib.
Onların alınması ilə bağlı danışıqlar təxminən iyirmi il idi ki, davam edirdi, lakin tərəflər ödənişlə bağlı razılığa gələ bilmirdilər.
İndi İsrailin səmada üstünlüyü üzə çıxdığından, İran öz Hərbi Hava Qüvvələrini tez bir zamanda yeni təyyarələrlə təchiz etmək niyyətindədir.
Ekspertin fikrincə, J-10C Rusiyanın MiQ-35 və Su-35-ləri ilə müqayisədə ucuzluğuna və əlçatanlığına görə bu problemi həll edə bilər.
Əziz Mustafa
Digər xəbərlər