Rusiyanın iki baş nazirinin müavini, dörd səfir və bir keçmiş baş prokuror Adam Kadırovun toyunda iştirak edib

Rusiyanın iki baş nazirinin müavini, dörd səfir və bir keçmiş baş prokuror Adam Kadırovun toyunda iştirak edib

10:29
Bəyəndim (2) Bəyənmədim (0)


Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında 17 yaşlı oğlu Adam Kadırovun toyunda iştirak edən və ya təbriklərini göndərən Rusiya rəsmilərinə və xarici ölkələrin səfirlərinə təşəkkür edib.

Kadırovun sözlərinə görə, toyda Rusiya Baş nazirinin müavinləri Denis Manturov və Aleksandr Novak, Prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi və keçmiş baş prokuror Yuri Çayka, LDPR Partiyasının sədri Leonid Slutski, həmçinin İran, Türkiyə, Qazaxıstan və BƏƏ səfirləri iştirak ediblər.

Onlardan başqa, toyda doqquz regionun: Moskva vilayəti, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Tatarıstan, İnquşetiya, Şimali Osetiya, Dağıstan və Ukraynanın Donetsk vilayətinin ilhaq edilmiş hissəsinin rəhbərləri iştirak ediblər.

"Mən onların hamısına dərin minnətdarlığımı bildirirəm. Onlar bayramı bizimlə nəinki bölüşdülər, hətta onların iştirakı ilə bayramı bəzədilər və onu daha yaddaqalan və unudulmaz etdilər. Sadəcə gözəldir ki, belə anlarda bizim ətrafımızda sizin dəyər verdiyiniz və onlarla münasibət bəslədiyiniz insanlar var", - Çeçenistan rəhbəri yazıb.

Rusiyanın baş naziri Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matviyenko və Prezident Administrasiyasının rəhbəri Anton Vayno toy münasibətilə təbriklər göndəriblər, Çeçenistan rəhbəri əlavə edib. Bundan əvvəl o, Vladimir Putinin oğlunu şəxsən təbrik etdiyini vurğulamışdı.

Ramzan Kadırovun üçüncü oğlu, 17 yaşlı Adamın toyu iyunun 28-də baş tutub. O, Medni adlı qızla ailə qurub, bacısı Ayşat Kadırova bildirib. “Novaya qazeta Avropa”nın məlumatına görə, bu, Adam Kadırovun bir il əvvəl islami nikah (İslam qanunlarına görə dini birlik) bağladığı çeçen senator Süleyman Geremeyevin qızıdır.

Toy zamanı Adam Kadırov istehsalçının cəmi iki ay əvvəl ictimaiyyətə təqdim etdiyi məhdud sayda “Mercedes”-i idarə edib, belə bir avtomobilin qiyməti 190 min dollardan başlayır. Adam Kadırovun qolunda “Jacob & Co. Billionaire Ashoka” oxşar, minimum dəyəri iki milyon dollar olan saat olub.
Almaz Həsənli