324 nəfərə qarşı  səhiyyə fırıldaqçılığı ilə bağlı ittihamlar irəli sürülüb

324 nəfərə qarşı səhiyyə fırıldaqçılığı ilə bağlı ittihamlar irəli sürülüb

07:48
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Ədliyyə Departamenti 324 nəfərə qarşı ölkə tarixində ən böyük səhiyyə fırıldaqçılığı ilə bağlı ittiham irəli sürüb. Bu barədə idarənin kriminal idarəsinin rəhbəri Metyu Qaleotti məlumat verib. O, brifinq zamanı qeyd edib ki, söhbət təxminən 14,6 milyard dollarlıq fırıldaqdan gedir.

Qaleotti, "Bu, ABŞ tarixində bu cür ən böyük açılmış cinayətdir" dedi.

Onun sözlərinə görə, Amerika vergi ödəyicilərinin pullarını oğurlamaq üçün Amerika səhiyyə sisteminə nüfuz edən sxemlərin təşkilində Rusiya, Şərqi Avropa, Pakistan və bir sıra digər ölkələrdən olan insanlar iştirak edir.

“Məsələn, biz Rusiyadan və Şərqi Avropadan ABŞ-a tibbi avadanlıqlar tədarük edən və Medicare sığorta proqramına 10 milyard dollardan çox saxta iddialar təqdim edən onlarla şirkəti idarə edən qrupun fəaliyyətini dayandırdıq”, - ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib.

Əziz Mustafa, Oxuməni.az