
Tramp deyib ki, o, TikTok üçün alıcı tapıb – “çox varlı insanlar” qrupu
Donald Tramp deyib ki, o, TikTok üçün alıcı tapıb – “çox varlı insanlar” qrupu və satış üçün Çin prezidenti Si Cinpindən icazə tələb olunacaq, “Reuters” xəbər verir.
"Yeri gəlmişkən, bizim TikTok üçün alıcımız var. Düşünürəm ki, Çindən icazə almalıyam və düşünürəm ki, prezident Si yəqin ki, bunu edəcək", - Tramp “Fox News”-un aparıcısı Mariya Bartiromoya " Sunday Morning Futures" verilişində deyib.
Tramp başqa təfərrüatları açıqlamayıb. O, həmçinin təfərrüatları "təxminən iki həftədən sonra" açıqlayacağını söyləyərək alıcıların adlarını çəkməkdən imtina etdi.
Almaz Həsənli
Digər xəbərlər