Aİ Ermənistanla tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edib

Aİ Ermənistanla tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edib

08:07
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaja Kallas bəyan edib ki, Aİ Ermənistanla bütün sahələrdə tərəfdaşlığı daha da dərinləşdirməyə hazırdır. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Avropa İttifaqının ali nümayəndəsi Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə qeyd edib ki, Ermənistan və Avropa İttifaqı heç vaxt bir-birinə indiki qədər yaxın olmayıb. Kallas bəyan edib ki, Avropa İttifaqı Ermənistanla bütün sahələrdə tərəfdaşlığı daha da dərinləşdirməyə hazırdır", - bəyanatda deyilir.

Aprelin əvvəlində Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Avropa İttifaqına “qoşulması prosesinin başlanması” haqqında qanun imzalayıb. Sənəddə yalnız bir cümlə var və keçmiş xarici işlər nazirinin müavini Paruyr Hovhannisyanın dediyi kimi, Aİ-yə üzvlük üçün müraciət deyil.

İyunun 30-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Ermənistan və Avropa İttifaqı rəsmi olaraq müdafiə sektorunda əməkdaşlığı müzakirə etməyə başlayıb. Nazir vurğulayıb ki, məsləhətləşmələrin başlanması əməkdaşlıq çərçivəsinin müasir çağırışlara uyğunlaşdırılması və onlarla mübarizə üçün əlavə səylərin göstərilməsi istiqamətində mühüm addımdır.

Əziz Mustafa, Oxuməni.az