
Britaniya kəşfiyyatının 20 il ərzində rus casusunun axtarışı uğursuz nəticələnib
Britaniya kəşfiyyat agentliyi MI5 iyirmi il ərzində Rusiya kəşfiyyatı üçün işlədiyi güman edilən “köstəbək”i müəyyən etmək üçün əməliyyat keçirib. Bu barədə “The Guardian” məlumat yayıb.
Məqalədə qeyd olunur ki, 1990-cı illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) öz müttəfiqlərini tutduğu vəzifəyə görə məxfi materiallara geniş çıxışı olduğu güman edilən yüksək rütbəli Mİ6 kəşfiyyatçısının Moskvaya çox məxfi məlumat ötürməsi faktının aşkarlanması barədə məlumat verib.
Şübhəli şəxs nəzarətə götürülüb və bu, yalnız 2015-ci ildə dayandırılıb. Bir neçə ölkədə saxta adlar altında agentlər onu izləyiblər, eyni zamanda ifşa olunsalar, səlahiyyətlilərin onlara heç bir köməklik göstərə bilməyəcəkləri barədə xəbərdarlıq ediblər.
Lakin istintaq heç bir nəticə vermədi və bütün müddət ərzində onun xəyanətinə dair sübut toplamaq mümkün olmadı. Versiyalardan birinə görə, şübhəli şəxs onun “ovlandığını” anlayıb fəaliyyətini dayandıra bilərdi. Nəşrin mənbəsi etiraf edib ki, analoqu olmayan bu irimiqyaslı əməliyyat son dövrlərin ən uzun və ən bahalı əməliyyatlarından birinə çevrilib.
Bu yaxınlarda Moskvada FSB əməkdaşları casusluqda şübhəli bilinən iki Moldova vətəndaşını saxlayıblar.
Əziz Mustafa, Oxuməni.az