
Klublararası dünya çempionatının 1/8 finalında “PSJ” "İnter Mayami"ni, "Bavariya" isə "Flamenqo"nu məğlub edib
Fransanın “PSJ”-si ABŞ-da keçirilən klublararası dünya çempionatının 1/8 final mərhələsində Amerikanın “İnter Mayami” klubunu böyük hesabla məğlub edib.
Bazar günü baş tutan qarşılaşma 4:0 hesabı ilə başa çatıb. Joau Neveş dubla imza atıb, Əşrəf Hakimi də fərqlənib. “İnter Mayami”nin futbolçusu Tomas Aviles öz qapısına daha bir qol vurub.
“PSJ”-nin keçmiş futbolçusu Lionel Messi bütün oyunu "İnter Mayami"də keçirib.
Klublararası dünya çempionatının 1/8 final mərhələsinin daha bir oyununda “Bavariya” “Flamenqo”ya qalib gəlib.
Mayamidə keçirilən görüş 4:2 hesabı ilə başa çatıb.
Qaliblərin heyətində Harri Keyn iki, Leon Qoretska bir qol, Qonsalo Plata isə öz qapısına daha bir qol vurub. “Flamenqo”nun qollarını Jerson və Jorjinyo (penaltidən) vurublar .
“PSJ” 1/4 finalda "Bavariya" (Almaniya) ilə qarşılaşacaq.
Almaz Həsənli