ABŞ Fordoya zərbə endirməzdən iki saat əvvəl İrana xəbərdarlıq edib

ABŞ Fordoya zərbə endirməzdən iki saat əvvəl İrana xəbərdarlıq edib

12:14
Bəyəndim (2) Bəyənmədim (0)


Pentaqonun rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor bildirib ki, İrana nüvə obyektlərinin bombalanması ilə bağlı Amerika tərəfi xəbərdarlıq edib.
"Mən aydınlaşdırmaq istərdim. Birləşmiş Ştatlar nüvə obyektlərinə zərbə endirməzdən iki saat əvvəl İrana hücumun baş verəcəyi barədə xəbərdarlıq etmişdi", - o, X-də yazıb.
ABŞ prezidenti Donald Tramp Fordo, İsfahan və Natanza endirilən zərbələrin effektivliyini yüksək qiymətləndirib, onun sözlərinə görə, obyektlər məhv edilib. Eyni zamanda, bəzi məlumatlara görə, İran nüvə obyektlərindən zənginləşdirilmiş uranı çıxarıb və hazırda təhlükəsiz yerdədir. Media ABŞ-ın İran obyektlərinə endirdiyi zərbələrin vurduğu ziyanla bağlı şübhələrini ifadə edir.
Almaz Həsənli