
"Real Madrid" Klublararası Dünya Çempionatında "Yuventus"u məğlub edərək 1/4 finala yüksəlib
"Real Madrid" klublararası dünya çempionatının 1/8 finalında Turin "Yuventus"unu minimal hesabla edib.
Qarşılaşma 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu Qonsalo Torres vurub. O, 54-cü dəqiqədə fərqlənib.
“Real Madrid” son İspaniya çempionatını ikinci, “Yuventus” İtaliya A Seriyasında mövsümü dördüncü pillədə başa vurub.
1/4 finalda "Real" "Borussiya" (Dortmund, Almaniya) ilə qarşılaşacaq. "Borussiya" (Dortmund, Almaniya) "Monterrey"lə (Meksika) oyunda 2:1 hesabı ilə qalib gəlib.
FIFA Klublararası Dünya Çempionatı altı qitə konfederasiyasının ən güclü nümayəndələri arasında keçirilən yarışdır. Turnir Beynəlxalq Futbol Federasiyasının (FİFA) himayəsi altında keçirilir. İlk FIFA Klublararası Dünya Çempionatı 2000-ci ilin yanvarında Braziliyada keçirilib. O, hər il Yokohamada (Yaponiya) UEFA Çempionlar Liqasının qalibi ilə Libertadores Kubokunun qalibi arasında keçirilən Qitələrarası Kubokun davamçısı kimi FIFA tərəfindən tanınıb.
Bundan əvvəl Milanın "İnter"i sensasiyalı şəkildə FİFA Klublararası Dünya Çempionatını tərk etdi.
Əziz Mustafa