Ukrayna Qərb silahları olmadan Rusiyanın öhdəsindən gələ bilməz

Ukrayna Qərb silahları olmadan Rusiyanın öhdəsindən gələ bilməz

14:12
Bəyəndim (2) Bəyənmədim (0)

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukrayna qısa müddətdə Qərb silahları olmadan özünü müdafiə edə bilməyəcək. Onun fikrincə, Kiyev xüsusilə sursat və hava hücumundan müdafiə sistemlərinin təchizatından asılıdır.

Cənab Rutte Fox News telekanalında deyib: "Birləşmiş Ştatlar öz ehtiyatlarına diqqət yetirməlidir". O əlavə edib ki, Ukraynaya hərbi yardımın yükü hazırda ABŞ-dan Aİ-yə keçir. Bununla belə, Kiyev Vaşinqtonun “praktik dəstəyi” olmadan Rusiyanın öhdəsindən gələ bilməyəcək.

Dünən Amerika mediası Pentaqonun Ukraynaya raket və sursatların çatdırılmasını dayandırmaq qərarına gəldiyini yazıb. Söhbət “Patriot” zenit raketləri, 155 mm-lik artilleriya mərmiləri, Hellfire raketləri, GMLRS yüksək dəqiqlikli raket sistemləri və digər silahlara aiddir.

İyun ayında Pentaqon rəhbəri Pit Heqset Vaşinqtonun 2026-cı ildə Kiyev üçün silah alışına xərcləri azaltmaq niyyətində olduğunu bildirib. O, izah edib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası danışıqlar yolu ilə sülh sazişinin ən yaxşı həll yolu olduğuna inanır.

Əziz Mustafa, Oxuməni.az