Avropa Parlamenti Əfqanıstanda baş verənləri Qərbin uğursuzluğu adlandırıb

Avropa Parlamenti Əfqanıstanda baş verənləri Qərbin uğursuzluğu adlandırıb

17 Sentyabr 2021 06:43
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması, ardınca ölkəni “Taliban” tərəfindən ələ keçirilməsi Qərbin kollektiv uğursuzluğuna çevrildi və Qərb ölkələrində inam böhranı yaratdı.

Oxuməni.az-ın məlumatına görə, bu barədə Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasının son günündə təsdiq edilmiş qətnaməsində deyilir.

Sənədə 536 lehinə, əleyhinə 96 deputat səs verib.

“ABŞ və beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması Qərbin xarici siyasətinin və təhlükəsizlik strategiyasının kollektiv uğursuzluğunun təzahürüdür və uzunmüddətli perspektivdə ağır nəticələrə səbəb ola bilər. Qısa müddətdə bu, Qərbin etibarına xələl gətirəcək, özünə inam böhranı yaradacaq. Kollektiv uğursuzluq Çinə və daha az dərəcədə Rusiyaya strateji üstünlük verəcək”.

Avropalı siyasətçilər etiraf ediblər ki, iqtidardan gedən Əfqanıstan hökuməti daxili siyasi çəkişmələrdən əziyyət çəkirdi və sistemli korrupsiya girdabında boğulurdu.

Eyni zamanda, Avropa Parlamenti humanitar əməliyyatların aparılması, Əfqanıstanda qalan əcnəbilərin və təhlükədə olanların təxliyəsi üçün “Taliban”la əlaqələrin davam etdirilməsinin zəruriliyini qəbul edib.