Rusiyada cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb

Rusiyada cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb

16 Oktyabr 2021 08:33
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Osetiyanın paytaxtı Vladikavkaz şəhərində yerləşən cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb.

Oxuməni.az "RİA Novosti"yə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri 600 məhbusun olduğu 1 saylı koloniyada baş verən iğtişaşları yatırıb.

Şimali Osetiya ombudsmanı Tamerlan Tsqoyevin deyib ki, vəziyyət nəzarət altındadır, koloniya mühasirəyə alınıb.

Qeyd edək ki, hadisə Vladikavkazın Karabulakskaya küçəsi, 1 ünvanında yerləşən islah-əmək müəssisəsində baş verib.

Zərərçəkənlər haqqında məlumat dəqiqləşdirilir.