İtaliya: kilsədə cinsi zorakılığın miqyası dəhşətlidir

İtaliya: kilsədə cinsi zorakılığın miqyası dəhşətlidir

2 Fevral 2023 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

Kilsələrdə kahinlər tərəfindən 400-dən çox yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı hadisə baş verib .

Oxuməni.az xəbər verir ki, bu cür rəqəmlər son 13 il ərzində birbaşa qurbanlardan cinsi zorakılıq halları haqqında məlumat toplayan "The Abuse Network"-un son hesabatında yer alıb.

Hesabatlar İtaliyanın dövlət orqanlarına göndərilib ki, onları müstəqil təhqiqata başlasınlar. Ekspertlər hesablayıblar ki, baş vermiş zorakılıq hallarının ümumi sayı, digər ölkələrdə baş verən analoji hadisələrdən, bir neçə dəfə çox ola bilər.

Lyudovika Eudjenio, "Adista" həftəlik qəzetinin redaktoru: "Fransada 300 minə yaxın zorakılıq qurbanı müəyyən edilmişdi. İtaliyadakı rəqəmlər, Fransada baş verənlərdən iki dəfədən çox ola bilər. Vəziyyət çox ciddidir və ona görə də qurumlar həqiqəti üzə çıxarmaqdan qorxurlar”.

Zorakılıqla mübarizə üzrə beynəlxalq təşkilat olan "Eca Global" bu yaxınlarda cinsi zorakılıq məsələsinin Avropa səviyyəsində həllini tələb edib.

2019-cu ildə "Birləşmiş Millətlər Təşkilatı", İtaliyadakı din xadimlərinin cinsi istismarı ilə bağlı müstəqil və qərəzsiz araşdırma aparmağa çağırıb, lakin bu tələb hələ də yerinə yetirilməyib.

Fuad, Oxuməni.az