Apple qulaqlıqları Avropada qeyri-qanuni sayılır

Apple qulaqlıqları Avropada qeyri-qanuni sayılır

10:42
Bəyəndim (0) Bəyənmədim (0)


Apple şirkətinə yeni AirPods qulaqlıqlarını Avropada satmaq qadağan edilib. Bu barədə “MacRumors” sənaye nəşri məlumat yayıb.
AirPods Pro 3 həmsöhbətin xarici nitqini yazmağa və onu istifadəçinin dilinə tərcümə etməyə imkan verən Live Translation funksiyasını alıb. Jurnalistlər müəyyən ediblər ki, yeni variant Avropa İttifaqı (Aİ) ölkələrində işləməyəcək. Qadcetin saytında bildirilir ki, istifadəçi Aİ-də qeydiyyatdan keçibsə və ya bu regionla əlaqəli hesaba malikdirsə, “Live Translation”i cihazda aktivləşdirmək mümkün deyil.
Apple öz qacetinin qanunsuz hesab edilməsinin səbəblərini izah edə bilməyib. “MacRumors” müəlliflərinin fikrincə, yeni funksiya istifadəçilərin telefonlarının dinlənilməsi ilə bağlıdır, bu isə o deməkdir ki, nəzəri cəhətdən Avropa qanun və qaydalarını poza bilər. Onlar misal kimi Aİ-nin süni intellekt (AI) haqqında qanununu və Ümumi Məlumatların Qorunması Qaydasını (GDPR) göstəriblər.
Məqalədə deyilir ki, yeni funksiya daha sonra - Avropa tənzimləyiciləri onun Aİ vətəndaşlarının məxfiliyini pozmadığına əmin olduqdan sonra işə salına bilər. “Live Translation” köhnə Apple qulaqlıqlarında - AirPods Pro 2 və AirPods 4 modellərində də görünəcək.
Apple-ın təqdimatından sonra tanınmış insayder Mark Qurman bildirib ki, şirkət flaqman iPhone-ların qiymətlərini 2000 dollara qaldırmaq niyyətindədir. Ekspertin fikrincə, 2027-ci ildə buraxılacaq ilk qatlanan iPhone və ya yubiley Apple smartfonu bu qədər baha ola bilər.
Almaz Həsənli