İranla Argentina arasında  terrorçu və quldurbaşı eks daxili işlər naziri Əhməd Vahidi qalmaqalı davam edir

İranla Argentina arasında terrorçu və quldurbaşı eks daxili işlər naziri Əhməd Vahidi qalmaqalı davam edir

24 Aprel 07:52
Bəyəndim (0) Bəyənmədim (0)

İranla Argentina arasında terrorçu və quldurbaşı eks daxili işlər naziri Əhməd Vahidi qalmaqalı davam edir.

Argentina ilə İran arasında 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzinə qarşı həyata keçirilən terror aktı məsələsi yenidən gündəmə gəlib. Argentina hökuməti növbəti dəfə İrandan terrorun həyata keçirilməsində məsuliyyət daşıyan İranın o dövrdəki daxili işlər naziri Ənməd Vahidinin həbs edilməsini və cəzalandırılmasını tələb edib.

Bununla bağlı Argentina Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda deyilir ki, terrora görə məsuliyyət daşıyan şəxslər hələ də azadlıqda gəzir və məsul vəzifələr tutmaqda davam edirlər.

Qeyd edilir ki, Argentina hökuməti 85 nəfərin ölümünə səbəb olan şəxslərin, o cümlədən quldurbaşı Əhməd Vahidinin dərhal həbs edilməsini və beynəlxalq məhkəmə qarşısına çıxarılmasını tələb edir.

Oxuməni.az