Moskva yaxınlığında 5 min kvadratmetr sahəni əhatə edən anbar yanır

Moskva yaxınlığında 5 min kvadratmetr sahəni əhatə edən anbar yanır

20 Sentyabr 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva yaxınlığındakı Aparinki kəndində 5 min kvadratmetr sahəni əhatə edən anbar yanır.

Yanğınla bağlı məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.

Yerli fabrikə aid olan Aparinkidəki anbarı Rusiya mediası Rusiyanın ən böyük anbarlarından biri adlandırır.

Yanğın yerində 40 xilasedici və 14 texnika çalışır. Yanğının qonşu tikililərə keçməsi təhlükəsi var.

Rusiya Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, itki yoxdur.

Xatırladaq ki, sentyabrın 17-də axşam saatlarında Rusiyanın Yaroslavl şəhərində yanacaq-sürtkü materialları anbarında yanğın baş verib.

Sentyabrın 18-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Tver vilayətinin Toropets şəhərində sursat və raketlərin olduğu böyük anbara hücum edib. Ukraynalı müdafiəçilərin hücumunun nəticələri hətta kosmosdan da görünür.

Oxuməni.az