Wildberries baş ofisinin yaxınlığında atışma nəticəsində 1 nəfər həlak olub

Wildberries baş ofisinin yaxınlığında atışma nəticəsində 1 nəfər həlak olub

18 Sentyabr 20:12
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada Romanov Dvor biznes mərkəzində Wildberries ofisinin yaxınlığında atışma baş verib. “İnterfaks” ölkənin hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Daha üç nəfər, o cümlədən iki polis əməkdaşı yaralanıb. 30-a yaxın şəxs saxlanılaraq polisə aparılıb.

Atışma bu gün, sentyabrın 18-i günorta saatlarında baş verib. Wildberries-in təsisçisi Tatyana Bakalçuk bildirib ki, əri Vladislavın rəhbərlik etdiyi “bir qrup şəxs” şirkətin paytaxtdakı bir neçə ofisini ələ keçirməyə cəhd edib.

Həyat yoldaşları arasında münaqişə iyul ayında Wildberries və açıq reklam operatoru Russ RVB MMC adlı birgə müəssisəni qeydiyyatdan keçirdikdən sonra başlayıb. Vladislav Bakalçuk (Wildberries MMC-nin 1%-nə sahibdir) Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı çıxıb və vəziyyətlə bağlı şikayət edib. O, baş verənləri "həyasız bir basqınçı ələ keçirmə" adlandırdı.

Oxuməni.az