ABŞ İranın prezident seçkilərinə təsir etmək cəhdlərinin təfərrüatlarını açıqlayıb

ABŞ İranın prezident seçkilərinə təsir etmək cəhdlərinin təfərrüatlarını açıqlayıb

19 Sentyabr 08:38
Bəyəndim (0) Bəyənmədim (0)

İranla əlaqəli haker qrupları yayda Donald Trampın kampaniyasının açıqllanmayan materiallarından çıxarışları ehtiva edən elektron məktubları Bayden komandasına göndəriblər. Bu, Tehranın seçkilərə təsir etmək cəhdinin bir hissəsi idi.

Bu barədə ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisi (ODNI) məlumat verir.

ABŞ agentliyi qeyd edir ki, ODNI, FTB və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) Tehranın seçkilərə təsir göstərmə səyləri ilə bağlı birgə bəyanatından təxminən bir ay sonra müstəntiqlər "İranın tərəflər arasına nifaq salmaq səyləri haqqında əlavə təfərrüatları öyrəniblər”.

"İyunun sonu və iyulun əvvəlində iranlı hakerlər o vaxta qədər prezident Baydenin kampaniyası ilə əlaqəli olan şəxslərə elektron məktublar göndəriblər və keçmiş prezident Trampdan oğurlanmış ictimai olmayan kampaniya materiallarından bir parçanı məktublara mətn kimi daxil ediblər", - ODNI bildirib.

Oxuməni.az