Livanda Hizbullah məxsus reycerlərin partlaması nəticəsində ölənlərin  sayı artıb

Livanda Hizbullah məxsus reycerlərin partlaması nəticəsində ölənlərin sayı artıb

18 Sentyabr 08:05
Bəyəndim (0) Bəyənmədim (0)

Livanda Hizbullaha məxsus reycerlərin partlaması nəticəsində yaralanan daha bir nəfər ölüb.

Bu barədə “Reuters” xəbər verir.Livan Səhiyyə Nazirliyinin məlumatına görə, peycerlərin partlaması əməliyyatında ölənlərin sayı 9-a çatıb. Sonradan yaralananların sayı təxminən 2750 nəfər olaraq qalır.

Peycer partlayışları ölkənin cənubunda, Beyrutun Dahie kimi tanınan cənub ətraflarında və Bekaa Vadisinin şərqində baş verib. Bu ərazilər Hizbullahın qalasıdır.

İsrail Müdafiə Qüvvələri partlayışlarla bağlı vəziyyəti şərh etməkdən imtina edib. Hizbullah ölənlər arasında ən azı iki döyüşçünün və kiçik bir qızın olduğunu təsdiqləyib.

BMT-nin Livan üzrə xüsusi koordinatoru Jeanine Hennis-Plasschaert insidentlə bağlı narahatlığını ifadə edib və bunu münaqişənin “son dərəcə narahatedici eskalasiyası” adlandırıb.

Oxuməni.az