Yaponiya və Cənubi Koreya KXDR-in ballistik raket buraxdığını açıqlayıb

Yaponiya və Cənubi Koreya KXDR-in ballistik raket buraxdığını açıqlayıb

18 Sentyabr 08:47
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreya sentyabrın 18-də gecə Şərq dənizinə doğru ballistik raket buraxıb. Hava hədəfi Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Bu barədə Cənubi Koreyanın Yonhap News nəşri və Yaponiyanın NHK xəbər agentliyi məlumat yayıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Şimali Koreyanın raket buraxılışı çərşənbə günü aşkar edilib. Lakin Şimaldakı bu ballistik raketlə bağlı təfərrüatlar açıqlanmayıb.

Cənubi Koreya ordusundan verilən açıqlamada təhlillərin davam etdiyi bildirilib.

NHK yazır ki, Yaponiya hökumət rəsmiləri raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü deyirlər.

Yonhap News nəşri həmçinin bildirir ki, dövlət mediasına görə, ötən cümə axşamı KXDR yeni 600 mm-lik çoxillik raket sistemini sınaqdan keçirib.

Oxuməni.az