Hərbçilər İordaniya ilə sərhədi keçməyə çalışan pilotsuz təyyarəni vurublar

Hərbçilər İordaniya ilə sərhədi keçməyə çalışan pilotsuz təyyarəni vurublar

18 Sentyabr 09:10
Bəyəndim (0) Bəyənmədim (0)

İordaniya silahlı qüvvələri ölkə ərazisini keçməyə cəhd edən pilotsuz uçuş aparatını vurub.

Bu barədə “Reuters” xəbər verir.

Yerli media dronun hansı istiqamətdən uçduğunu dəqiqləşdirməyib.

"Sərhəd qoşunları dronu vurublar və onun qalıqlarını ixtisaslaşmış orqanlara təhvil verilblər", - yerli Petra xəbər agentliyi hərbi rəhbərlikdəki rəsmi mənbəyə istinadən yazıb.

Hərbçilər həmçinin əlavə edib ki, “krallığın sərhədlərində müxtəlif təhdidlərlə qətiyyətlə üzləşirlər”.

Maraqlıdır ki, naməlum pilotsuz uçan aparatın məhv edilməsi ilə bağlı bəyanat İsrailin Hizbullah qruplaşmasının Livan ərazisindəki mərkəzlərinə zərbələr endirməsindən az sonra ortaya çıxıb. Əməliyyatda İranın Beyrutdakı səfiri də daxil olmaqla azı 8 nəfər həlak olub, 3 minə yaxın insan yaralanıb.

Oxuməni.az