Almaniya bu qış Ukraynaya əlavə 100 milyon avro yardım ayıracaq

Almaniya bu qış Ukraynaya əlavə 100 milyon avro yardım ayıracaq

17 Sentyabr 20:18
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya bu qış Ukraynaya əlavə 100 milyon avro yardım edəcək.

Reuters xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Berbok bu barədə Moldovaya səfəri zamanı bildirib.

Kişinyovda keçirilən nazirlər konfransından əvvəl Berbok deyib ki, Rusiya yenidən “Ukraynada insanların həyatını mümkün qədər dəhşətli etmək məqsədi ilə qış müharibəsi” planlaşdırır.

Almaniya Ukraynaya geniş hərbi yardım, o cümlədən müxtəlif silah və texnikalar verir.

Xüsusilə, sentyabr ayında Almaniya Ukraynaya ümumi yardım paketi elan etdi. Müdafiə naziri Boris Pistorius, Ukraynanın Almaniyanın vəd etdiyi Panzerhaubitze 2000 özüyeriyən silahlarının ilk hissəsini bu yaxınlarda alacağını bildirib.

Oxuməni.az