Almaniya İsrailə silah ixracını dayandırıb

Almaniya İsrailə silah ixracını dayandırıb

19 Sentyabr 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya humanitar hüququn pozulması ilə bağlı məhkəmə iddialarına görə İsrailə hərbi ixracı dayandırıb.

Bu barədə “Reuters” xəbər verir.

Almaniya İqtisadi İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə ölkə İsrailə 326,5 milyon avro dəyərində silah ixracına icazə verib.

Bununla belə, 2024-cü il avqustun sonuna qədər cəmi 14,5 milyon avro dəyərində ixrac icazəsi verilmişdi. Bunun “hərbi silahlar” kateqoriyası cəmi 32 449 avro təşkil edir.

Almaniya İqtisadiyyat Nazirliyinə yaxın mənbə bildirib ki, silah ixracının azaldılmasına səbəb iddiaçıların Almaniyanı İsrailə yardıma görə humanitar qanunları pozmaqda ittiham etdiyi məhkəmə prosesləri olub.

Xatırladaq ki, bu yaxınlarda Böyük Britaniyanın İsrailə silah satışı ilə bağlı bəzi lisenziyaların Qəzza zolağında beynəlxalq hüquq normalarına zidd olaraq istifadə oluna biləcəyindən narahat olduğunu bildirib.

Oxuməni.az