İran prezidenti Rusiyaya ballistik raketlər verməsini təkzib edib

İran prezidenti Rusiyaya ballistik raketlər verməsini təkzib edib

17 Sentyabr 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

İran prezidenti Məsud Pezeşkian iyulun sonunda vəzifəyə gəldiyi vaxtdan bəri ölkəsinin Rusiyaya silah ötürmədiyini deyib.

Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

“Tamamilə mümkündür ki, çatdırılmalar əvvəllər də olub... Amma sizi əmin edə bilərəm ki, mən vəzifəyə başlayandan bəri Rusiyaya belə çatdırılma olmayıb”, - Pezeşkian bildirib.

Eyni zamanda o, İran və Rusiyanın “münasibətləri saxlamaq hüququna malik olduğunu” vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Qərb mətbuatı Rusiyanın İrandan yaxın mənzilli ballistik raketlər alması barədə məlumat yayıb. İran bu məlumatı təkzib edib.

Oxuməni.az