Ukraynada müharibə Tramp administrasiyasının qərarı sayəsində asanlıqla bitə bilər

Ukraynada müharibə Tramp administrasiyasının qərarı sayəsində asanlıqla bitə bilər

8 Noyabr 16:33
Bəyəndim (0) Bəyənmədim (0)


Donald Trampın rəhbərliyi altında gələcək ABŞ administrasiyası münaqişənin diplomatik yolla həllinə cəhd eləsə, onda Ukraynadakı müharibə tez bir zamanda dayandırıla bilər.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, müharibəyə son qoymaq üçün silah deyil, dialoq və razılaşmalar lazımdır.

Ərdoğan, diplomatiyaya daha çox önəm verilməsinin sülhün qapısını aça biləcəyinə əminliyini ifadə edib. Türkiyə lideri əlavə edib ki, ABŞ başda olmaqla Qərb dövlətlərinin müharibəni bitirmək səyləri sülhün əldə olunmasını xeyli sürətləndirə bilər.

Tramp daha əvvəl demişdi ki, seçiləcəyi təqdirdə Ukraynada 24 saat ərzində sülhə nail ola bilər.

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə, Rusiyanın hərəkətlərini pisləməklə yanaşı, Qərbin Moskvaya qarşı sanksiyalarını dəstəkləmir. Eyni zamanda, Türkiyə Rusiya ilə enerji, turizm və müdafiə sahələrində mühüm tərəfdaşlıq edir.

Oxuməni.az