ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətə həsr olunmuş iclasında deyib.
"Biz Ukraynaya dəstəyimizi gücləndirəcəyik və tezliklə yeni hərbi yardım paketini elan edəcəyik", - Tomas-Qrinfild deyib.Onun sözlərinə görə, yeni yardım paketinə Hava hücumundan müdafiə vasitələri və zirehli maşınlar daxil olacaq.
Bu addım ABŞ-ın Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyi davam etdirmək öhdəliyinə uyğundur.
Oxuməni.az
Digər xəbərlər