Qazaxıstan və CICA arasında təşkilatın katibliyinin ölkədə olması şərtləri haqqında protokol imzalanıb
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) baş katibi Kayrat Sarıbayı qəbul edib.
Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Nurtleu Qazaxıstanın təsisçi ölkə və iclasın hazırkı sədri kimi CICA-nın fəaliyyətinə və onun tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə böyük əhəmiyyət verdiyini qeyd edib.
Görüşün yekunları üzrə tərəflər CICA Katibliyinin Qazaxıstan ərazisində olması şərtləri haqqında Sazişə dəyişiklik edilməsi haqqında protokol imzalayıblar.
Bu sazişə edilən dəyişikliklər BMT və digər beynəlxalq təşkilatların təcrübəsinə uyğun olaraq CICA katibliyinin beynəlxalq statusunu gücləndirmək məqsədi daşıyır.
Oxuməni.az
Digər xəbərlər