Hindistan və Rusiya Federasiyası birqütblü dünya qaydaları olmadan da inkişaf edə bilər
Cəvahirləl Nehru Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin professoru Amit Rey TASS ilə söhbətində Hindistan və Rusiyanın ABŞ-ın rəhbərlik etdiyi birqütblü dünya qaydalarına əməl etmədən inkişaf etmək üçün hər cür şansa malik olması fikrini bildirib.
Onun sözlərinə görə, Hindistan və Rusiya "qlobal cənubda mənalı iqtisadi və siyasi koalisiyalar yaratmaq üçün Çin və Braziliya kimi digər böyük iqtisadiyyatlarla sıx əməkdaşlıq edərək liderlik rolunu oynayır". “Bu ölkələrin indi ABŞ və onun Qərb müttəfiqlərinin birqütblü hegemon dominantlığının müəyyən etdiyi qaydalara və normalara riayət etmədən, qarşılıqlı əməkdaşlığa əsaslanan öz inkişaf yollarını müəyyənləşdirmək üçün ən yaxşı şansları var”, - Rey deyib.
Professorun sözlərinə görə, “çoxqütblü dünya yaratmaq ideyası artıq nəzəri imkan deyil, birqütblü hegemon olan ABŞ-a praktiki olaraq real çağırışdır”. “Bunu ABŞ-ın seçilmiş prezidentinin BRİKS ölkələri dolları yeni dünya valyutası ilə əvəz etməyə cəhd etsələr, onlara 100% rüsumlar tətbiq etməklə hədələməsi sübut edir”, - deyə o bildirib.
Oxuməni.az