Ərdoğan və Fitso Ukraynada ədalətli və davamlı sülhün əldə olunmasının tərəfdarıdırlar

Ərdoğan və Fitso Ukraynada ədalətli və davamlı sülhün əldə olunmasının tərəfdarıdırlar

08:12
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Slovakiyanın baş naziri Robert Fitso yanvarın 20-də görüşüb. Danışıqlar zamanı onlar Ukraynada ədalətli və davamlı sülhün bərqərar olmasının zəruriliyi barədə razılığa gəliblər.

Onlar bu barədə görüşün yekunlarına dair birgə mətbuat konfransında bildiriblər.

“Əlbəttə ki, biz Ukraynadakı müharibəni müzakirə etdik və bu, indi bütün Avropaya təsir edir... Münaqişə qızışmazdan əvvəl Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması lazımdır”, - deyə Ərdoğan bildirib.

O, Ukraynadakı müharibəni müzakirə etmək və ona son qoymaq üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqə saxlamağı planlaşdırdığını bildirib.

"Tramp bundan əvvəl də Rusiya-Ukrayna müharibəsinə son qoyacağını bildirib. Biz Türkiyədə müharibənin bitməsi üçün üzərimizə düşəni etməyə hazırıq. Trampla müzakirələrimdə bu məsələni gündəmə gətirməyi planlaşdırıram", - Ərdoğan bildirib.

Əziz Mustafa, Oxuməni.az