Argentina İranın ali liderini həbs etməyə çağırıb

Argentina İranın ali liderini həbs etməyə çağırıb

10 Aprel 16:05
Bəyəndim (2) Bəyənmədim (0)


Argentina prokurorluğu 1994-cü ildə baş vermiş terror aktı ilə bağlı İranın ali lideri Əli Xamneyinin həbsini tələb edən petisiya təqdim ediblər.
“The Jerusalem Post”un məlumatına görə, prokuror Sebastian Basso federal hakim Daniel Rafekası ayətullahın milli və beynəlxalq həbsinə order verməyə çağırıb.
Qəzet yazır ki, Basso Xamneyinin hücumda mümkün iştirakını yoxlamaq niyyətindədir. Bunun iki ölkə arasında münasibətlərə mənfi təsir edəcəyi vurğulanır.
Onu da əlavə edək ki, 1994-cü il iyulun 18-də Buenos-Ayresdəki Argentina Mədəniyyət Mərkəzinin binasında partlayış baş verib. 85 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.
Bu terror aktı Argentina tarixində ən böyük terror aktıdır. Ölkənin hakimiyyət orqanları partlayışın İranın sifarişi ilə Livanın şiə “Hizbullah” qruplaşması tərəfindən törədildiyini iddia edir.
Bundan əlavə, 2024-cü ilin aprelində Argentina İranın daxili işlər naziri Əhməd Vahidinin həbsini tələb edib. Buenos -Ayres onu terror aktında əli olmaqda şübhəli bilir.
Almaz Həsənli