
Danimarka Qrenlandiya üzrə ABŞ səfirini çağırdı: Biz dostlar arasında casusluq etmirik
ABŞ-ın Qrenlandiyada casusluğunun artması ilə bağlı xəbərlərdən sonra Danimarka ABŞ səfirini çağırıb.
Bu barədə RBC-Ukrayna DR-ə istinadən məlumat yayıb.
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ səfirini Xarici İşlər Nazirliyində görüşə çağırıb.
Bu, Amerikanın “Wall Street Journal” qəzetinin ABŞ-ın Qrenlandiyaya qarşı casusluğu gücləndirəcəyini yazmasından sonra baş verib.
"Məqaləni oxudum və bu, məni çox narahat edir. Çünki dostlar arasında casusluq etmirik... Qəzetdə olduğu üçün bunun baş verib-vermədiyini bilmirəm. Amma səsini çıxaranlar bunu çox sərt təkzib etmirlər. Bu da məni narahat edir", - o vurğulayıb.
O izah edib ki, səfirlə görüş onu narahat edən bu məlumatı təkzib etməyin mümkün olub-olmadığını görməyə kömək edəcək.
" Heç olmasa öz nöqteyi-nəzərimizi ifadə edə bilək. Kiminsə Danimarka və Qrenlandiyada kəşfiyyat məlumatlarını əldə etmək üçün indi tətbiq etdiyi yanaşma çox narahatedicidir", - Rasmussen deyir.
Əziz Mustafa, Oxuməni.az