
Kobaxidze Gürcüstanla ABŞ arasında münasibətlərin bərpası üçün şərt adlandırıb
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Trampın “dərin dövləti” zəiflədəcəyi təqdirdə Gürcüstanla ABŞ arasında münasibətlərin bərpası baş verəcək.
Oxuməni.az xəbər verir ki, o, bunu Tbilisidə siyasi tədbirlərin birində çıxışı zamanı deyib.
“Tramp “dərin dövlət”i zəiflətsə, gürcü-amerikan münasibətləri yenidən bərpa olunacaq, əks halda status-kvo qalacaq, lakin belə şəraitdə də biz ölkəmizin maraqlarını sona qədər müdafiə edəcəyik” – İrakli Kobaxidze.
O, həmçinin Gürcüstanın ABŞ-la dostluğunun birtərəfli olmayacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl İrakli Kobaxidze Donald Tramp və onun vitse-prezidenti J.D.Vensə açıq məktub yazaraq, ABŞ administrasiyasının Gürcüstanla münasibətlərin bərpası məsələsində susmasını anlamadığını bildirib.
O, dərin dövlət və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti ilə bağlı ölkələrin ümumi ritorikaya malik olduğunu vurğulayıb.
Almaz Həsənli