
Finlandiya prezidenti: Hazırda Ukraynada əlavə xarici hərbçilərə ehtiyac yoxdur
Hazırda Ukraynada əlavə xarici hərbçilərə ehtiyac yoxdur. Əsas məsələ maliyyə və müasir hərbi texnikanın təminatıdır. Bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.
İsveç və Finlandiyanın Ukraynaya qoşun göndərib-göndərməməsi ilə bağlı sualı cavablandıran Stibb deyib ki, bu, hələlik məsələ deyil.
"Hazırda bu, hipotetik sualdır. Biz tez-tez unuduruq ki, Ukrayna 800 min əsgərlə Avropanın ən böyük ordusuna malikdir. Ona görə də özünüzə sual verməlisiniz: Ukraynada hazırda İsveç və Finlandiya qoşunlarına ehtiyac varmı? O zaman cavab yox olacaq", - o deyib.
Bununla belə, o, həqiqətən də Ukraynaya və döyüş meydanında Ukrayna ordusuna kömək edə biləcək bir şeyin adını çəkdi.
"Ancaq maliyyə və hərbi texnikaya ehtiyac var. Sualınıza cavabım belə olacaq", - prezident əlavə edib.
Əziz Mustafa, Oxuməni.az