Tramp Administrasiyası İnsan Haqları Bürosunu bağlamaq istəyir

Tramp Administrasiyası İnsan Haqları Bürosunu bağlamaq istəyir

30 May 13:02
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ dövlət katibi Marko Rubio ölkənin diplomatik xidmətində aparılan köklü islahatların bir hissəsi olaraq Dövlət Departamentinin İnsan Hüquqları, Demokratiya və Əmək Bürosunu ləğv etməyi planlaşdırır. “Politico” daxili sənədə istinadən xəbər verir ki, bu addım “artıq bürokratiyanın ixtisarına” və ABŞ diplomatiyasının prioritetlərinin dəyişdirilməsinə yönəlmiş xarici siyasət aparatının əsaslı islahatın bir hissəsi olacaq.
Təklif olunan əsaslı islahat büronun işçilərini 80% ixtisar edəcək və dəyəri 400 milyard dollardan çox olan proqramların maliyyələşdirilməsini donduracaq və ya azaldacaq. Avtoritar ölkələrdə internet azadlığını qorumaq üçün beynəlxalq təşəbbüslər, vətəndaş cəmiyyəti və insan haqları təşkilatlarına dəstək və bütün dünyada demokratiya tərəfdarı hərəkatlar risk altında olacaq.
“Politico” tərəfindən əldə edilən sənəddə əsaslı islahatın Dövlət Departamentinin 300-dən çox bürosuna və bölməsinə təsir edəcəyi göstərilir. Ümumbəşəri insan hüquqlarına və qlobal demokratikləşməyə vurğu “Tramp administrasiyasının sağa keçidini əks etdirən yeni ideoloji gündəm”lə əvəz olunacaq. Plan, layihədə deyildiyi kimi, missiyası “Avropada və digər inkişaf etmiş ölkələrdə söz azadlığından geri çəkilməyi tənqid etmək üçün çərçivə yaratmaq” olacaq yeni bir ofis yaratmaqdır. Bu, Tramp və onun administrasiyasının Britaniya, Almaniya və digər NATO müttəfiqlərinə ünvanladığı dəfələrlə tənqidlərə birbaşa istinaddır.


Almaz Həsənli