Ukraynanın xarici işlər naziri: Rusiyanın döyüş itkiləri artıq bir milyon nəfərə çatıb

Ukraynanın xarici işlər naziri: Rusiyanın döyüş itkiləri artıq bir milyon nəfərə çatıb

12 İyun 12:24
Bəyəndim (2) Bəyənmədim (0)


"Bu gün Rusiyanın Ukraynadakı itkiləri döyüşlərdə bir milyon ölü və yaralıya çatıb. 1 000 000 insan əbəs yerə itirdi - Rusiya özünün genişmiqyaslı işğalı ilə bağlı heç bir strateji hədəfinə çatmayıb. Və buna nail olmayacaq", - Ukraynanın xarici işlər naziri Sibiqa X platformasında yazıb.
Nazir qeyd edib ki, Ukrayna bu müharibəni başlatmayıb və onun bitməsini hamıdan çox istəyir.
"Biz sülhə sadiqik. Yalnız Rusiya sülh səylərinə mane olur, atəşkəsi və liderlərin görüşlərini rədd edir və müharibəni uzatmaq üçün mümkün olan hər şeyi edir. Təcavüzkar tərəfə təzyiqi artırmaq lazımdır", - o vurğulayıb.
Sibiqanın fikrincə, Rusiya hərbi komandanlığı və siyasi liderləri barbar və qeyri-qanuni təcavüzə görə cavab verməlidir.
“Ukraynada hərbi cinayət törətmiş bütün Rusiya cinayətkarları ədalət qarşısında cavab verməlidirlər”, o əlavə edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki vəziyyətlə bağlı gündəlik hesabatında Rusiyanın 2022-ci ilin fevralından bəri Ukraynaya qarşı apardığı müharibədə insan itkilərinin 1 milyon nəfəri keçdiyini bildirib.
“2022-ci il fevralın 24-dən 2025-ci il iyunun 12-dək düşmənin ümumi döyüş itkiləri təqribən 1 milyon 340 nəfər təşkil edib”, - Baş Qərargahdan bildirilib.
Ötən həftə Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) Rusiyanın döyüş itkilərinin tezliklə bir milyon əsgərə çatacağını, Ukraynanın itkilərinin isə təxminən 400 minə çatacağını təxmin edib.
Oxuməni.az