
İrandan Ermənistan, Azərbaycan və Türkmənistana qaçqınların gəlməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar var
Təşkilatın Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi qeyd edib ki, artıq İrandan Ermənistan, Azərbaycan və Türkmənistana qaçqınların gəlməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar var.
BMT İslam Respublikası ilə İsrail arasında münaqişə səbəbindən İrandan mümkün qaçqın axını halında tədbirlər hazırlayır. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Almaniyanın DPA agentliyinə müsahibəsində bildirib.
"Biz böhran planları hazırlayırıq və onları hələ dərc etməmişik, çünki kifayət qədər məlumatımız yoxdur və hadisələrin necə inkişaf edəcəyini gözləyirik. Lakin biz hələ də planlar qururuq", - Qrandi bildirib. Onun sözlərinə görə, artıq İrandan Ermənistan, Azərbaycan və Türkmənistana qaçqınların gəlməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar var. Eyni zamanda, hələ heç bir ölkə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından kömək istəməyib, Qrandi bildirib.
Əziz Mustafa