
Tramp ABŞ-ın İrana yeni hava hücumlarını istisna etmir
ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını bərpa edəcəyi təqdirdə İranın nüvə obyektlərinə yeni zərbələr endirəcəyini istisna etməyib. O, çərşənbə günü, iyunun 25-də NATO-nun Haaqa sammitində görüşlər başlamazdan əvvəl deyib ki, bu halda ABŞ şübhəsiz ki, İran obyektlərinə yenidən hücum edəcək.Bu barədə Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir.
Eyni zamanda, Tramp bir daha əmin olduğunu bildirib ki, Amerikanın hava hücumları İranın nüvə potensialının “tamamilə məhvinə” və onun nüvə proqramını “onilliklərə” geri çəkməsinə gətirib çıxarıb. "Onlar uzun müddət bomba yaratmayacaqlar" deyib və ABŞ kəşfiyyat orqanlarının obyektlərin natamam dağıdılması barədə xəbərləri bir daha təkzib edib.
Amerika prezidenti həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin iyunun 22-də İrana endirdiyi zərbələri İkinci Dünya Müharibəsi zamanı Xirosima və Naqasakinin bombardmanları ilə müqayisə edib. “Mən Xirosimadan nümunə kimi istifadə etmək istəmirəm, Naqasakini nümunə kimi istifadə etmək istəmirəm, amma mahiyyət etibarı ilə bu, eyni şeydir – bu, müharibəni bitirdi”, - deyə o izah edib. Tramp əmindir ki, ABŞ İran hədəflərini vurmasaydı, İsraillə İran arasında müharibə hələ də davam edəcəkdi.
Almaz Həsənli