
İran rəsmisi hədələdi : Zəngəzur dəhlizinin yaradılmasına icazə verməyəcəyik
İran liderinin müşaviri Əli Əkbər Vilayəti bildirib ki, Tehran Ermənistanın Sünik bölgəsindən keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasına icazə verməyəcək. O hesab edir ki, bu, Cənubi Qafqazın təhlükəsizliyini təhdid edəcək.
Əli Əkbər Vilayətinin fikrincə, bu addım regionun geosiyasətini dəyişəcək, sərhədləri yenidən cızacaq və Ermənistanın parçalanmasına gətirib çıxaracaq. İran liderinin müşaviri iddia edir ki, dəhlizin yaradılması İrana və onun qonşularına qarşı siyasi sui-qəsddir. O əlavə edib ki, NATO ölkələri bu yolla Rusiya və İran arasında dayanaraq regionda mövcudluğunu genişləndirmək istəyir.
Əli Əkbər Vilayəti “Tasnim”ə deyib: “İran Rusiya ilə və ya Rusiyasız Cənubi Qafqazın təhlükəsizlik tələblərinə uyğun hərəkət edəcəyində israr edir”. “Biz hesab edirik ki, Rusiya da strateji baxımdan bu dəhlizə qarşıdır”.
Rusiya tərəfi də öz növbəsində Ermənistanla Azərbaycan arasında sülh sazişinin müsbət qiymətləndirilməsi ilə məhdudlaşıb. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Rusiya Cənubi Qafqazda sabitlik zonasının yaradılmasında maraqlıdır. Xanım Zaxarova Qərbin vəziyyətə təsirinin qarşısının alınmasının vacibliyinə də diqqət çəkib.
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev avqustun 8-də Vaşinqtonda keçirilən danışıqlardan sonra hərbi əməliyyatların dayandırılması haqqında memorandum imzalayıblar. Zəngəzur dəhlizi “Sülh və tərəqqi üçün Tramp marşrutu” adlandırılıb və 99 il ərzində ABŞ-ın nəzarətində olub.
Əziz MUSTAFA